Binə bələdiyyəsinin təşkilatçılığı ilə "Sülh aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib
Azərbaycanda Respublikasında hər il ənənəvi olaraq 21 avqust
– 21 sentyabr tarixləri arasında "Sülh Aylığı" elan edilir və bu çərçivədə
müxtəlif dövlət qurumları, təhsil müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən
genişmiqyaslı aksiyalar təşkil olunur. Bu tədbirlərin əsas məqsədi sülh mədəniyyətini
gənc nəslə aşılamaq və insan hüquqlarının qorunmasına ictimai dəstəyi
artırmaqdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Beynəlxalq Sülh Günü ərəfəsində elan olunmuş 21 avqust – 21 sentyabr "Sülh aylığı" çərçivəsində Binə bələdiyyəsi tərəfindən maarifləndirici tədbir təşkil edilib.
Sülh mövzusunda maarifləndirici tədbirlər
cəmiyyətdə humanizm, dialoq və qarşılıqlı hörmət mühitinin formalaşmasında həlledici
rol oynayır.
Tədbirdə cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və
gənclər arasında sülh mədəniyyətinin aşılanması, insan hüquqları və bərabərlik
dəyərlərinə hörmətin gücləndirilməsi, eləcə də tolerantlıq və dialoq mühitinin
inkişaf etdirilməsinin mühüm əhəmiyyəti vurğulanıb.
Xəzər rayonu, Binə bələdiyyəsi
Rəylər
0 Rəy