Yeni strateji inkişaf mərhələsində ölkə bələdiyyələri də müasir çağırışlara cavab verməlidir
Ölkəmzidə keçirilən 6-cı bələdiyyə seçkilərindən sonra yerli
özünüidarəetmə sahəsində aparılan islahatlar nəticəsində Bibiheybət bələdiyyəsi
Səbail bələdiyyəsinə birləşdirilərək Səbail
bələdiyyəsi yenidən formalaşdı. Hazırda
Səbail bələdiyyəsinin 17 bələdiyyə üzvü var.
Birləşmədən sonra bələdiyyə ərazisi genişlənmiş,
iqtisadi və maliyyə potensialımız müəyyən qədər artmış, yerli problemlərin həlli
üzrə vəzifələrimizi reallaşdırmağa əlavə imkanlar yaranmışdır.
Bələdiyyələrin qarşısında dayanan əsas vəzifələrin
yerinə yetirilməsi üçün yerli büdcənin lazımi səviyyədə formalaşması əsas şərtdir.
Bildiyimiz kimi, yerli büdcə qanunvericiliklə müəyyən edilmiş vergi və ödənişlərdən
və digər gəlirlərdən formalaşdırırlar. Əmlak və torpaq vergisi bələdiyyə büdcəsinin
əsasını təşkil edir.
Bələdiyyələrin inzibati ərazisində vergi
obyektləri və vergi ödəyiciləri barədə Dövlət Reyestr xidmətində olan məlumatların
BAMS-a inteqrasiyası nəticəsində yeni əmlaklar və ödəyicilər barədə məlumatların
əldə olunması xeyli asanlaşmış və nəticə olaraq yerli vergi və ödənişlərin
toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, SMS bildirişlərin vətəndaşlara
göndərilməsi , bələdiyyənin gəlir və xərclər
sahəsində şəffaflığın təmin olunması məqsədi ilə yenilənmiş proqram ölkənin
bütün bələdiyyələrində olduğu kimi Səbail bələdiyyəsinin də fəaliyyətinin səmərəliyinə gətirib
çıxarmışdır.
Səbail bələdiyyəsinin əsas fəaliyyət
istiqamətləri bələdiyyənin inzibati ərazisində yaşayan sakinlərin həyat şəraitlərinin
yaxşılaşdırılması, yerli əhali tərəfindən qaldırılmış məsələlərin vaxtında icra
olunması, bələdiyyə-vətəndaş münasibətlərinin formalaşması və yerli idarəetməyə
əlçatanlığın təmin olunmasıdır.
2025-ci ildə Səbail bələdiyyəsinin büdcəsindən
abadlıq və təmir işlərinin həyata keçirilməsi məqsədilə 311 439 manat ayrılmışdır. Həmçinin, sakinlərin
müraciətlərinə əsasən 30 yaxın küçələrdə məhəlləarası yollarda asfalt örtüyü təmir-bərpa
olunmuş, təmirə ehtiyacı olan dam örtükləri,
fasadlar və hasarlar təmir olunaraq abadlaşdırılmışdır.
Səbail bələdiyyəsi tərəfindən sosial
yardımların göstərilməsi üçün isə 140 820 manat vəsait ayrılmış, həmçinin,
sosial yardımlar üçün nəzərdə tutulmuş vəsait şəhid ailələri, qazilər, müharibə
iştirakçıları və aztəminatlı ailələrə maddi yardımlar, ərzaq yardımlarının
verilməsi istiqamətində icra edilmişdir.
Səbail bələdiyyəsi hər zaman şəhid ailələrinə,
onlarla bağlı müraciətlərə qarşı xüsusi diqqətlə yanaşmış, şəhidlərin xatirələrinin
əbədiləşdirilməsi, adlarının daim uca zirvələrdə tutulması istiqamətində bir
sıra addımlar atılmışdır.
Ötən il
27 sentyabr –Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Səbail
rayonu ərazisində yerləşən şəhid məzarlarının və abidələrinin, baralyeflərin, şəkil
lövhələrinin ətrafının abadlaşdırılmış, şəhidlərin xatirə lövhələri və baralyeflərinin təmir bərpa işləri
görülmüş, baralyeflərdə şəkil və lövhələr dəyişdirilərək yenisi ilə əvəz
olunmuşdur. Həmçinin, Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin 51 saylı məktəbdə
baralyefi vurulmuş, şəhid Murad Qurbanovun baralyefi yenilənmiş və itkin düşmüş
şəhid Elçin Quliyevin dəfn mərasimi ilə əlaqədar
təşkilati məsələlərində müvafiq köməklik göstərilmişdir.
Səbail
rayon İcra Hakimiyyətinin keçirdiyi bütün tədbirlərdə bələdiyyə olaraq fəal
iştirak etmiş və tərəfimizdən tədbirlərin
təşkilatı məsələlərinə müvafiq köməklik göstərilməkdədir.
Bundan başqa, qeyd edim ki, Səbail bələdiyyəsinin
inzibati ərazisində ətraf mühitin qorunması, ekololi vəziyyətin davamlı
inkişafı bələdiyyə fəaliyyətinin bir hissəsinə çevrilmişdir. Ötən il ərzində bələdiyyə
tərəfindən rayon ərazində yaşıllıqların artırılması məqsədilə 2000-ə yaxın ağac
əkilmiş, 3000 kv.m sahəyə qazon örtüyü salınmışdır.
Səbail bələdiyyəsinin ictimai-siyasi və
humanitar şöbələrinin səmərəli fəaliyyəti olmuşdur.
Məqsədimiz bələdiyyə iclaslarında verilən qərarlara
əsasən ayrılmış vəsaitin təyinatı üzrə və mövcud qanunvericiliyin tələblərinə
uyğun olaraq icra edilməsi, şəffaflığın təmin olunması və bələdiyyəmizin üzərinə
düşən vəzifələrin təxirəsalınmadan icra edilməsi üçün müvafiq tədbirlərin
görülməsidir.
Bu gün ölkə prezidentinin rəhbərliyi ilə
müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş
dövrünü yaşayır və ölkəmiz yeni strateji
inkişaf mərhələsinə qədəm qoymuşdur.
Yeni şəraitdə ölkə bələdiyyələrinin də
müasir çağırışlara uyğunlaşdırılması tələb olunur. Bu səbəblə Səbail bələdiyyəsi
olaraq biz də işimizi daha səmərəli quraraq, inkişaf proseslərində fəal iştirak
etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Hacı
Əliyev
Səbail bələdiyyəsinin sədri
Rəylər
0 Rəy