Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-03-2026 , 09:24

141

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Əldə etdiyimiz uğurlarda  təkmilləşdirilmiş BAMS proqramının əhəmiyyətli rolu olub”

Bu fikirləri Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli deyib.

Sədr qeyd edib ki, ötən ilin yanvar ayı ilə müqayisədə cari ildə  yerli vergilərin yığımında  10.833 manatlıq, ümumi büdcə daxilolmalarında isə 13.176 manatlıq artım müşahidə olunub. Bu artım fevral ayındada davam edib. Belə ki, ötən illə müqayisədə cari ilin fevral ayında  yerli vergilərin həcmində 11.905 manat, ümumi büdcə daxilolmalarında isə  15.240 manatlıq artım əldə olunub.

Sədr qeyd edib ki, büdcə daxilolmalarında kifayət qədər artıma BAMS proqramının verdiyi imkanlardan yararlanmaqla, habelə icra-probasiya ilə bağlı prosesin elektron formada icrası səbəbindən, habelə Xətai RİH-in dəstəyi sayəsində  nail olunub. Bu gün bələdiyyənin vergi xidmətinin qarşısında dayanan əsas məsələ BAMS proqramından istifadə etməklə çıxarışların əldə edilməsinə nail olmaqdır. Bununla yanaşı vergi-üçot sistemində dürüstləşdirmə aparmağı da diqqətdə saxlayırıq. Belə ki, növbəti ildən vergi ödəyicilərinə bildirişlərin onlayn qaydada verilməsi üçün ilk növbədə vergi bazasında ödəyicilər haqqında bilgilərin dədiqləşdirlməsidir.Yaxın günlərdə bu proses artıq başa çatdırılacaqdır.

“Əldə etdiyimiz maliyyə vəsaiti nə qədər artıra bilsək, nəticədə vergi ödəyicilərinin qaldırdığı problemlərin həllinə  daha sürətlə nail ola bilərik”- bu fikirləri də Allahverdi Həsənli deyib.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər