Hacı Əliyev: “Bu mehmanxana barəsində tərtib edilmiş akt icra edilməsi üçün müvafiq quruma göndərilib”
“Səbail bələdiyyəsinin büdcə gəlirlərində əsas maliyyə istiqaməti mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlər təşkil edir” – bu fikirləri bələdiyyənin növbəti iclasında Səbail bələdiyyəsinin sədri Hacı Əliyev deyib.
Qeyd edək
ki, bələdiyyənin növbəti iclasında bir sıra cari məsələlərlə yanaşı, həmçinin inzibati ərazi daxilində mehmanxana xidməti
göstərən şəxslərin bələdiyyəyə aid ödənişlərin səviyyəsi müzakirə mövzusu olub.
Bununla
bağlı sədr Hacı Əliyev bildirib ki, ötən il Səbail bələdiyyəsinə mehmanxana, tuizm,
kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin həcmi ölkə üzrə əldə olunan vəsaitin 30.8
faizini, Bakı bələdiyyələri üzrə isə 37 faizini təşkil edib. Səbail bələdiyyəsinin
vergi-üçot sistemi bu gün elə səviyyədə qurulub ki, əsas diqqət məhz vergi ödənişlərinin
vaxtında ödənilməsi təmin edilir. Ötən bir il ərzində vergi-uçot sistemində mövcud
vəziyyət vergi xidmtəi tərəfindən təftiş edilərək daha da təkmilləşdirilmişdir.
Sədr
çıxışında bəzi rəqəmləri də açıqlayıb.
Belə ki, 2025-ci ildə bələdiyyənin mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən
daxil olan ödənişlərinin həcmi 768.556
manat təşkil edib. Və bu proses artım
tempi ilə davam edir. Bu artım həm də ölkəmizə gələn turistlərin sayının
artması, həmçinin fəaliyyətdə olan mehmaxanaların bələdiyyəyə olan sağlam münasibəti
ilə bağlı olub. Ancaq təəssüf ki, hazırda fəaliyyətdə olan mehmanxanaların bir çoxu
ilə mövcud olan anlaşılmazlıqlar aradan
qaldırlsa da “Gəncəli Plaza” mehmanxanası
ilə problemlər qalmaqdadır. Bu xidmət qurumu ötən dövr üzrə olan və kifayət qədər
təşkil edən borcu ödəmək fikrində deyildir. Və hiss olunur ki, qurum rəsmiləri bələdiyyəyə olan neqativ münasibəti dəyişmək fikrində deyillər.
Sədr daha
sonra iclas iştirakçılarına bu məsələ ətrafinda fikirlərini bildirməyi tövsiyə
edib.
Bələdiyyə
iclasında çıxış edən natiqlər bu məsələnin qanunvericilik qaydasında həll edilməsi
qeyd ediblər. Yekunda məsələ ilə bağlı tərtib edilmiş aktın icra-probasiya qurumuna
göndərilməsi qərara alınmışdır.
İclasın yekununda çıxış edən sədr Hacı Əliyev bildirib ki, hər bir qurum, hər bir vətəndaş ölkəmizdə qəbul edilmiş qanunlara hörmətlə yanaşmalıdır. Paytaxtın mərkəz bələdiyyəsi olaraq bu gün əldə olunan hər bir manat məhz rayon sakinlərini narahat edən məsələlərin həllinə yönəldilir. Odur ki, hər bir vergi ödəyicisi bu məqamı nəzərə almalıdır.
Belediyye.info
Rəylər
0 Rəy