Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2026 , 15:07

95

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev:  “Nərimanov bələdiyyəsi rayonda ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir”

Dünən media orqanlarının paylaşdığı məlumatda bildirilirdi ki, paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib. Bununla bağlı paylaşılan məlumatda qeyd edilib ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov bələdiyyəsi tərəfindən edilən müraciət əsasında kəsilib.

Məsələ ilə bağlı Belediyye.infoya açıqlama verən adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib ki, ərazidə yaşayan bir qrup gözdən əlil insanların electron poçt vasitəsi ilə Ədliyyə naziri cənab  Fərid Əhmədova müraciətinə əsasən qanunamüvafiq olaraq bələdiyyə tərəfindən   Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib. Qurumun rəyindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma idarəsi tərəfindən köküstə qurumuş ağaclar götürülmüş və bu gün isə bələdiyyənin təşkilatçılğı ilə əraziyə yeni ağacların əkilməsi həyata keçirilmişdir.

Sədr qeyd edib ki, Nərimanov bələdiyyəsi rayonda ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Rayonda ekoloji təhlükəsizliyin təmin olunması, habelə ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi Nərimanov bələdiyyəsinin prioritet fəaliyyət istiqamətlərindəndir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər