Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2026 , 00:19

100

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Bələdiyyə tərəfindən ərazilərdə yığılan yağış və qrunt sularının kənarlaşdırılması istiqamətində operativ işlər görülməkdədir”

 “Son günlər intensiv yağan yağışlar nəticəsində Sabunçu rayonu, Maştağa qəsəbəsinin bir sıra ərazilərində subasma halları qeydə alınmış, eyni zamanda qrunt sularının səviyyəsində artım müşahidə olunmuşdur”- bu fikriləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr bildirib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq Maştağa bələdiyyəsi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Belə ki, 03.04.2026-cı il tarixli, 8 nömrəli protokol üzrə qəbul edilmiş qərara əsasən 3 ədəd su nasosu (pompa) alınaraq istismara verilmişdir.

Hazırda həmin avadanlıqlar vasitəsilə qəsəbənin müxtəlif ərazilərində yığılan yağış və qrunt sularının kənarlaşdırılması istiqamətində operativ işlər görülməkdədir. Nasoslar növbəli şəkildə istifadə olunaraq vətəndaşların müraciətlərinə uyğun olaraq problemli ərazilərə cəlb edilir və subasma hallarının aradan qaldırılması təmin edilir.

Eyni zamanda, ərazidə yerləşən Şəhidlər xiyabanında və qəbiristanlıqlarda yaranmış su basma problemlərinin aradan qaldırılması məqsədilə də pompalardan istifadə olunmuş, müvafiq sahələrdə suyun çəkilməsi təmin edilmişdir.

Sədr qeyd edib ki, Maştağa bələdiyyəsi tərəfindən mövcud vəziyyət daim nəzarətdə saxlanılır və vətəndaşların rahatlığının təmin olunması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər