Aydın Hüseynov: “Bu gün fəaliyyətini izlədiyim Nərimanov və Səbail bələdiyyələrinin fəaliyyətini yüksək qiymətləndirirəm”
“Dövlət quruculuğunun əsas prinsiplərindən biri iqtisadiyyat olduğunu və “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ifadəsi ilə iqtisadiyyatımızı dirçəltməsi idisə, Ulu Öndərin digər bir fəaliyyət istiqaməti yerli özünüidarəetmənin formalaşması və sahədə bələdiyyə institutunun təsis edilməsi hesab olunur” - bu fikirləri Milli Məclisdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında HEYDƏR ƏLİYEV irsi” mövzusunda keçirilən konfransda Milli Məclisin üzvü Aydın Hüseynov deyib.
Aydın Hüseynov sözünə davam edərək qeyd edib ki, bu gün regionlarda əsas fəaliyyət göstərən qurumlardan biri də bələdiyyələrdir.
Hesab edirəm bələdiyyələr çox uğurlu fəaliyyət göstərir. Bələdiyyə və Milli Məclis üzvlərinin yanaşma mövqeyinin eyni isitqamətdə olması, eyni zamanda hər iki qurum üzvlərinin seçicilərin etimadını qazanmasıdır. Bu gün bizim başlıca vəzifəmiz seçicilərmizlə sıx işləməkdir.
Hesab edirəm ki, bu sahədə də uğurlarımız var. Bu gün fəaliyyətini
izlədiyim Nərimanov və Səbail
bələdiyyələrin fəaliyyətini yüksək qiymətləndirirəm.
Belediyye.info
Rəylər
0 Rəy