Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-05-2026 , 17:04

244

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Daha bir bələdiyyə qulluqçusu “Fəxri Fərman”la təltif edilib

Suraxanı rayonu Hövsan  bələdiyyəsinin qulluqçusu Mehriban Əsgərova YAP-ın Suraxanı təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif edilib.

Belediyye.infoya daxil olan məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev irsi: Dünənin təcrübəsi, bu günün reallığı, sabahın strategiyası” adlı tədbirdə rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə rayon təşkilatının sədri Vüqar Seyidovun əmri ilə bələdiyyə qulluqçusu Mehriban Əsgərova  “Fəxri Fərman”la təltif olunub. 

Qeyd edək ki, Mehriban Əsgərova 2019-cu ildən bələdiyyədə kargüzar vəzifəsində çalışır və bu illər ərzində aktiv fəaliyyəti ilə seçilib.

Qeyd edilən tədbirdə “Fəxri Fərmanı” Suraxanı RİH başçısı Adil Əliyev təqdim edib. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
1966