Sədr: “Bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaq üçün var qüvvəsi ilə çalışır”
“Bilgəh bələdiyyəsi olaraq əsas vəzifəmiz sakinlərə layiqincə xidmət etməkdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Kamandar Zeynalov “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli ilə görüşdə səsləndirib.
Sədr
qeyd edib ki, artıq sakin hara gəldiyini, onun bələdiyyədə necə qarşılanacağını
yaxşı bilir. Cari ildə bələdiyyənin yeni inzibati binasının istifadəyə verilməsi,
bələdiyyə iclaslarının daha müasir tələblərə cavab verən otaqda keçirilməsi bələdiyyənin
hər bir üzv və qulluqçusunun ürəyincədir.
Hazırda
bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaq üçün var qüvvəsi ilə
çalışır. BAMS-da tətbiq edilən yeniliklər, üstəlik növbəti ildən bildirişlərin
onlayn qaydada paylanılmasına indidən ciddi hazırlığın aparılması nəticə də
büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərəcəkdir.
Görüşdə bələdiyyəni narahat edən məsələr müzakirə edilmiş, BAMS-ın yaratdığı imkan və şəraitdən yetərincə istifadə etmənin zəruri olması xüsusi vurğulanmışdır.
Belediyye.info
Rəylər
0 Rəy