Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-05-2026 , 18:13

159

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sədr: “Bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaq üçün var qüvvəsi ilə çalışır”


“Bilgəh bələdiyyəsi olaraq əsas vəzifəmiz sakinlərə layiqincə xidmət etməkdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Kamandar Zeynalov “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli ilə görüşdə səsləndirib.

Sədr qeyd edib ki, artıq sakin hara gəldiyini, onun bələdiyyədə necə qarşılanacağını yaxşı bilir. Cari ildə bələdiyyənin yeni inzibati binasının istifadəyə verilməsi, bələdiyyə iclaslarının daha müasir tələblərə cavab verən otaqda keçirilməsi bələdiyyənin hər bir üzv və qulluqçusunun ürəyincədir.

Hazırda bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaq üçün var qüvvəsi ilə çalışır. BAMS-da tətbiq edilən yeniliklər, üstəlik növbəti ildən bildirişlərin onlayn qaydada paylanılmasına indidən ciddi hazırlığın aparılması nəticə də büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərəcəkdir.

Görüşdə bələdiyyəni narahat edən məsələr müzakirə edilmiş, BAMS-ın yaratdığı imkan və şəraitdən yetərincə istifadə etmənin zəruri olması xüsusi vurğulanmışdır. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
2164