Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2026 , 17:18

147

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov:  “Bu gün bələdiyyənin nəzarətində olan su ötürücü mühərriklərin işlək vəziyyətdə olması daim diqqətdə saxlanılır”

“Bakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən  işlərə Maştağa bələdiyyəsi öz dəstəyini göstərməkdədir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, hazırda aidiyyatı təsərrüfat strukturları  ilə yanaşı bələdiyyə də gücləndirilmiş iş rejimində çalışır. Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir. Nəticədə, bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, qəsəbə ərazisində belə ərazilər bələdiyyənin işçi qrupu tərəfindən müəyyən edilərək aidiyyatı üzrə qurumlara təqdim edilir.

Hazırda bira sıra ərazilərdə, o cümlədən Məmmədbağır qəbirstanlığında və digər ərazilərdə bələdiyyənin nəzarətində  olan 22 üç fazalı (15 KV-luq) su ötürücü mühərriklər dayanmadan  işləməkdədir.  Bununla yanaşı  ehtiyacı olan  10-a yaxın sakinə su mühərrəki alınaraq təhvil verilmişdir.

Bu gün bələdiyyənin nəzarətində olan su ötürücü mühərriklərin işlək vəziyyətdə olması daim diqqətdə saxlanılır. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər