Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi olaraq vətəndaş müraciətlərinə bundan sonra da operativ yanaşacağıq”
“Bələdiyyə tərəfindən qəsəbə ərazisində abadlıq və yol-təmir işləri üzvlərin iştirakı ilə keçirilən iclasda təsdiq edilən proqrama uyğun şəkildə davam etdirilir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd edib ki, Maştağa qəsəbəsi, Tərəvəzçilik–Südçülük
sovxozu ərazisində yaşayan sakinlərin küçədaxili yolların yararsız vəziyyətdə
olması ilə bağlı Maştağa bələdiyyəsinə kollektiv
müraciəti nəzərə alınaraq məsələ iclasda müzakirəyə çıxarılmışdır.
19.05.2026-cı il tarixli, 10 saylı protokola əsasən müraciət müsbət qiymətləndirilmiş
və müvafiq qərar qəbul edilmişdir. Qəbul
olunmuş qərara uyğun olaraq qeyd olunan ərazidə abadlıq və cari yol təmir işləri
həyata keçirilmiş, yollar xüsusi texnikalar vasitəsilə hamarlanmış, mövcud
çuxurlar doldurularaq möhkəmləndirilmiş və yol səthi bərabərləşdirilərək
istifadəyə yararlı vəziyyətə gətirilmişdir.
Görülmüş işlər nəticəsində ərazidə nəqliyyat vasitələrinin hərəkəti
asanlaşmış, piyadaların təhlükəsizliyi təmin olunmuş və sakinlərin gündəlik
rahatlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
Sədr bildirib ki, Maştağa bələdiyyəsi olaraq vətəndaş müraciətlərinə
operativ yanaşaraq bundan sonrada qəsəbə ərazisində abadlıq və yol-təmir işlərinin davamlı şəkildə həyata
keçirilməsi təmin edəcəyik.
Belediyye.info
Rəylər
0 Rəy