Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-05-2026 , 10:54

214

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səkinə Kərimova: “Bələdiyyənin vergi xidməti qarşıya qoyulan məqsədə döğru addım atmaqdadır”

“Bu gün BAMS -proqramının yaratdığı imkanlardan yetərincə istifadə etmək üçün bələdiyyənin vergi xidməti tələb olunan səviyyədə çalışmaqdadır”-bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova deyib.

Sədr qeyd edib ki,  BAMS-in Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunması, bununla yanaşı daha 13 dövlət qurumuna interasiya prosesinə start verilməsi nəticə etibari ilə bələdiyyənin üzləşdyi problemlərin həllinə öz müsbət təsirini göstərməkdədir.

Ötən ilin təhlili göstərir ki, 2025-ci ildə bələdiyyənin büdcə gəlirlərinin həcmi 2024-cü illə müqayisədə 16.8 faiz artaraq   142.841 manat olmuşdur. Cari ildə hədəfimiz bu rəqəmi 200 min manata çatdırmaqdır.

Aprel ayı üzrə ümumi büdcə gəlirində 14.3 faiz artım, ancaq torpaq vergisi üzrə olan büdcə daxilolmalarının həcmi 4.7 dəfə artıb. Bütün istiqamətlər üzrə irəliləyişlərin olması nəticədə hədəfə döğru çatacağımıza ümudimizi artırır.

Lakin xəritələrin bu günədək təhvil verilməməsi, bələdiyyə ərazisində kifayət qədər sənədsiz əmlakın mövcudluğu, ən əsası tarif və rüsum dərəcələrinin 1999 -cu il səviyyəsində qalması bələdiyyənin büdcə gəlirlərinə öz mənfi təsirini göstərməkdədir.

Ancaq bu çətinliklərə baxmayaraq bələdiyyənin vergi xidməti çalışır, qarşıya qoyulan məqsədə döğru addım atmaqdadır.

Xanım sədr qeyd edib ki, Sabunçu RİH-in, ABMA-nın, xüsusəndə Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzinin bələdiyyəmizə  daimi olaraq göstərdiyi dəstək fəaliyyətimizə əlavə stimul verir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər