Seymur Həsənov: “Aktların elektron qaydada göndərilməsi prosesin sürətli şəkildə həllinə dəstək verib”
“Borclu vergi ödəyicləri ilə bağlı ilk olaraq görüşlər keçirilir, izahat işləri aparılır və çalışırıq ki, münasibət hüquq müstəvisinə çıxmasın”- bu fikirləri Belediyye.infoya Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov deyib.
Sədr
qeyd edib ki, cari ildən aktların elektron qaydada icrası prosesin sürətli şəkildə
həllinə dəstək verib. Bununla bələdiyyə
artıq vaxt itkisindən, kağız formatında müraciətdən azad olub. Hər bir addım
onlayn qaydada öz həllini tapır.
Cari
ilin beş ayı ərzində çoxsaylı danışıqların əhəmiyyətini görmədiyimizdən vergi ödəyicilərindən
61 nəfəri barədə tərtib edilmiş akt bələdiyyə iclasının qərarı ilə icra
-probasiya orqanına göndərilib.
61
vergi ödəyicisinin bələdiyyəyə vergi
borcunun həcmi 19.621 manat təşkil etmişdi. Artıq mart ayından başlanan prosesdə
nəticə olaraq bu günədək 32 nəfər vergi börcunu bağlamışdır. İnidiyədək ödənilən
məbləğin həcmi isə 7.705 manat təşkil
edib.
Sədr
qeyd edib ki, bələdiyyənin vergi xidmətinin əsas məqsədi vergi ödəyicilərini
vergiyə cəlb etməklə onların bir sakin olaraq üzləşdikləri problemlərinə həllinə
nail olmaqdır.
Bütün hallarda bu istiqamətdə Badamdar bələdiyyəsi öz fəaliyyətində ciddi irəliləyişə nail olub. Bu işdə kollektivin hər bir üzvünün öz töhfəsi vardır.
Belediyye.info
Rəylər
0 Rəy