Yüksək nəticələr əldə edən şagirdlərlə görüş Maştağa bələdiyyəsinin təşəbbüsü keçirilib
Maştağa bələdiyyəsinin təşəbbüsü ilə təhsil sahəsində yüksək
nəticələr əldə edən şagirdlərlə görüş keçirilib.
Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə təşkil
olunan görüşdə Respublika Fənn Olimpiadalarında və digər intellektual müsabiqələrdə
fərqlənmiş şagirdlər, məktəb rəhbərliyi, sinif rəhbərləri və fənn müəllimləri
iştirak ediblər. Çıxışlar zamanı qeyd olunub ki, şagirdlərin qazandığı uğurlar
yalnız fərdi nailiyyət deyil, eyni zamanda müəllim əməyinin, məktəb mühitinin və
təhsilə verilən önəmin bariz göstəricisidir.
Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı, gənclərin elmə və
bilik yarışlarına marağının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Bu baxımdan belə uğurlar gələcəyin savadlı, vətənpərvər və
intellektual gəncliyinin formalaşmasına mühüm töhfə verir.
Görüş çərçivəsində fərqlənən şagirdlərə Maştağa bələdiyyəsi
tərəfindən təltifnamələr və hədiyyələr təqdim olunub, onların əzmkarlığı və zəhməti
yüksək qiymətləndirilib.
Maştağa bələdiyyəsi bundan sonra da təhsilə və gənclərin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməkdə davam edəcək.
Sabunçu rayonu, Maştağa bələdiyyəsi
Rəylər
0 Rəy