Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-06-2026 , 00:27

147

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Layihənin icra edilməsi ilə bağlı  verilən tövsiyələrə uyğun Buzovna bələdiyyəsi də  dəstəyini göstərməkdədir”

“Güclü yağışın yaratdığı fəsadları aradan qaldırmaq üçün qəsəbədə görülən işlərə Buzovna bələdiyyəsi də öz dəstəyini göstərməkdədir.  Ancaq bununla yanaşı prosesin icrası daim Xəzər RİH-in daim nəzarətindədir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.

Sədr qeyd edib ki, bu günlərdə qəsəbədə keçirilən səyyar görüşdən sonra  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Buzovna qəsəbəsinin ağsaqqalları və sakinləri ilə birlikdə  Əziz Mirəhmədov küçəsində həyata keçirilən drenaj sistemi layihəsi üzrə görülən işlərin gedişatı ilə yerində tanış olub.

Qəsəbənin Heydər Eyvazov və Xurşidbanu Natəvan küçələrinin kəsişməsində, eləcə də Əziz Mirəhmədov küçəsində yeraltı qrunt sularının səthə çıxması və drenaj sisteminin olmaması səbəbindən suların hərəkət hissəsinə axması yol örtüyünün deformasiyasına, həmçinin nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur.

Mövcud vəziyyətlə bağlı məhz  Xəzər Rayon İcra Hakimiyyətinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ünvanladığı müraciət əsasında ərazidə drenaj sisteminin inşası istiqamətində müvafiq tədbirlərin icrasına başlanılmışdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həyata keçirilən layihə çərçivəsində Əziz Mirəhmədov küçəsi boyunca uzunluğu 520 p/m olan drenaj xəttinin çəkilişi nəzərdə tutulur.

Sədr xüsusilə qeyd edib ki, bu günlərdə Xəzər RİH başçısının qəsəbə sakinləri ilə keçirdiyi görüşlərdə   layihənin keyfiyyətlə və vaxtında icra edilməsi ilə bağlı  verdiyi tövsiyələrə uyğun olaraq Buzovna bələdiyyəsi də öz dəstəyini göstərməkdədir.  

Sədr bildirib ki, artıq layihənin icrası sürətlə davam etdirilir. Az müddət ərzində layihənin müəyyən hissəsində iş başa çatıb. Bununla bağlı bələdiyyədə yaradılmış işçi qrupu gündəlik olaraq işin gedişi ilə maraqlanır və məqamında lazım olan dəstəyi göstərir.

Belediyye.info


 





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər