"Son zəngdə" ona bələdiyyənin hədiyyəsi təqdim edildi
113 nömrə tam orta məktəbdə “son zəng” tədbiri keçirilib. Məzunların doğma məktəblə vidalaşması məqsədilə keçirilən tədbirdə Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov, Kürdəxanı qəsəbə nümayəndəsi Rahim Budaqov, məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə ibtidai sinif şagirdləri və məzunlar bir-birindən
maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Məktəbin direktoru Gültəkin Rüstəmova, eyni zamanda tədbirdə qonaq
qismində iştirak edən ictimaiyyətin nümayəndələri məzunları təbrik ediblər.
Tədbirdə həmçinin orta məktəbi qizil medalla və fərqənmə diploma ilə bitirən 11 E sinif şagirdi Humay Fərəcbəyliyə Kürdəxanı bələdiyyəsinin tərəfindən qiymətli hədiyyə təqdim edilib. Hədiyyəni təqdim edən sədr Agaəli Məsimov məzunların hər birinə uğurlar arzulayaraq gələcək fəaliyyətləri ilə Vətənimiz üçün, dövlətimiz üçün lazımlı vətəndaş kimi yetişmələrini arzulayıb.
Rəylər
0 Rəy