Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2025 , 20:18

1763

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyə üzvündən sərt ittiham: “Hesaba bir az pul daxil olan kimi dərhal xərclənməlidir?!

Artıq 25 ildir ki, bələdiyyələrdə eyni mənzərə təkrarlanır: hesaba bir az pul daxil olan kimi fərqi yoxdur, dotasiyadır, vergi yığımlarıdır, ya da ianə - dərhal xərclənməlidir?! Sanki pul varsa mütləq bir iş görüb nümaiş edilməlidir, sanki gələcəyə qəpik saxlamaq ayıbdır.

Hər dəfə eyni şey: kiminsə ağlına gələn ilk “görünən” iş bir yeri asfaltlamaq, bir yeri rəngləmək, bir neçə ağac əkmək. Vəssalam. Nəticədə bələdiyyə bu gün üçün göstəriş etdi, amma sabah üçün heç nə qurmur.

Halbuki, bələdiyyə gəliri xərcləmək yox, artırada bilər ki, gələcəkdə maliyyə sıxıntısı yaşamadan xərcləsin. Bu qədər sadə bir prinsipi 25 ildir görməzdən gəlirik. Əgər o vaxt 15, hətta 20 il əvvəl bələdiyyələr uzunmüddətli strateji inkişaf planı ilə işləsəydilər, bu gün çoxu özünümaliyyələşən, gəlir gətirən qurumlar olardı.

Amma illərdir “bu il nə xərclədik?” sualını veririk, “gələn il nə qazanacağıq?” sualını isə heç kim soruşmur. Bu yanaşma dəyişməsə, 25 ildən sonra da eyni cümləni təkrar edəcəyik. Belə gəlib, belə də gedir.

Tərlan İsmayılov

İsmayıllı bələdiyyəsinin üzvü

Rəylər

0 Rəy


Rəy yaz