Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-01-2026 , 20:53

845

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Cari ildə nəzərdə tutulan vəzifələri yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəyik

Siyəzən bələdiyyəsi öz fəaliyyətini "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və təsdiq edilmiş normativ-hüquqi aktlara əsasən qurmuşdur.

Siyəzən Rayon İcra Hakimiyyəti, Siyəzən Şəhər İcra nümayəndəliyi ilə əməkdaşlıq  əlaqələri yüksək səviyyədə qurulmuşdur. Bələdiyyə olaraq şəhər ərazisində həyata keçirilən abadlıq işlərində yaxından iştirak etməyə çalışırıq.

Siyəzən bələdiyyəsi şəhərin təmizliyinin həyata keçirilməsinə öz töhfəsini verib. Belə ki, bələdiyyə tərəfindən zibil konteynerləri və bir ədəd yük maşını alınaraq Kommunal Müəssisələr Kombinatına zibil daşınması üçün təqdim edilmişdir. Habelə şəhərin müxtəlif küçələrinə ümumilikdə 3.800 metr çınqıl örtüyü verilmişdir.

Ümumilikdə isə  kommunal təsərrüfat və abadlıq işlərinə  ötən il 11.086 manat vəsait xərclənmişdir.

Siyəzən bələdiyyəsi sosial sahəni də həmişə diqqət mərkəzində saxlayır. Şəhid ailələrinə, qazilərə, aztəminatlı, tənha, ehtiyacı olan insanlara çalışırıq ki,imkan daxilində köməklik göstərək. 2025-ci ildə 26 nəfər maddi yardımla bağlı müraciət etmişdir.Bu sahəyə 3501 manat vəsait xərclənmişdir.

Bildiyiniz kimi, ötən ilin aprel ayında yağan leysan yağışları nəticəsində rayon ərazisində bir neçə mənzili su basmışdır. Bələdiyyəmiz tərəfindən bir neçə ailə mənzilləri təmir olunana kimi kirayə mənzillərə yerləşdirilmişdir.

Diqqətinizə çatdırmaq istəyirəm ki, Siyəzən bələdiyyəsinin 2025-ci ildə gəlirləri 122.722manat, xərcləri isə 136.154 manat olmuşdur.

Gəlirlər:-torpaq vergisi 6.155 manat, əmlak vergisi 13.692 manat, icarə haqqı 33.882 manat, torpağın dəyəri 48.993 manat, dövlət tərəfindən ayrılan dotasiya 20.000 manat olmuşdur.

 2026-cı il üçün layihə-smeta sənədləri hazırlanarkən Yerli büdcə məsələləri daimi komissiyasının hazırladığı layihə müzakirə olunmuşdur. Cari ildə əsasən büdcədə abadlıq-tikinti və sosial sahələrə vəsaitin çox ayrılması nəzərdə tutulmuşdur. Əhalini narahat edən məsələlər nəzərə alınmışdır. 2026-cı ildə bütün bunlarla yanaşı Bələdiyyə dayanıqlı maliyyə mənbəyi yaratmağı da düşünür.

Siyəzən bələdiyyəsinin 2025-ci ildə 14 iclası keçirilmişdir. Müvafiq olaraq qərarlar qəbul edilmişdir. Qəbul olunmuş qərarlar "İnzibati nəzarət qaydaları" haqqında qanuna müvafiq olaraq Azərbaycan Respublikası Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir.

Siyəzən bələdiyyəsi öz işini günün tələbləri səviyyəsində quraraq, əhalinin rəy və təkliflərinə bundan sonra da  diqqətlə yanaşacaq. 2026-cı ildə nəzərdə tutulan vəzifələri yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəkdir. Öz işimizlə seçicilərin etimadını doğruldacağıq.

Nicat Səmədzadə

Siyəzən bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər