Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-01-2026 , 16:52

1236

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Problemlərimizdən biri də.... BƏLƏDİYYƏ HESABAT VERİR

2025-ci ildə də Azərbaycanın  hərtərəfli və dinamik inkişafı  müstəqil çoxşaxəli  və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz  regionunun ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir.  Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində  Azərbaycanın bütün dünya miqyasında  nümunəvi sayılan  və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən  yeni keyfiyyətli  inkişaf modeli formalaşıb. Ölkə rəhbərinin,Azərbaycan Prezidentinin müsahibələrinin  hər zaman böyük marağa səbəb olması  hec də təsadüfü deyil. Məhs cənab prezidentin yerli televizaya kanallarına  verdiyi   sonuncu müsahibə və eyni şəkildə maraqla və rəğbətlə qarşılanıb.

Ümummilli lidеrimiz Hеydər Əliyеvin siyаsi kursunun bаcаrıqlı vаrisi, оnu məhаrətlə inkişаf еtdirən möhtərəm Prеzidеntimiz Ilhаm Əliyеvin rəhbərliyi аltındа ölkəmizdə yаradılаn ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişаfınа göstərdiyi qаyğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırır, bələdiyyələr gündən-günə inkişаf еdir, möhkəmlənir, yеrli məsələlərin həllində dаhа inаmlа iştirаk еdir, əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərirlər.Prеzidеntimizin qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə qurumu оlаrаq Muxax bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə çаlışаrаq Zaqatala RİHB-nın Muxax və Zəyəm kəndləri üzrə nümayəndəlikləri ilə  birlikdə müəyyən işlər görmüşür.

Muxax bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, yerli özünüidarəetməyə dair qanunlara,   Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə Baş idarəsinin və Şəki Regional Ədliyyə idarəsinin Azərbaycan KBMA-nın təklif və tövsiyyələrinə,digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir.Bələdiyyələr bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verməkdədir. Bələdiyyələr artıq formalaşır, maliyyə və digər imkanları isə ilbə-il genişlənir.

Biz də bələdiyyə olaraq  ilk növbədə ərazimizdə  görülməsi zəruri olan işləri, əhalini ən çox narahat edən məsələlər barədə düşünürük və həlli istiqamətində işləri görməyə calışırıq. Ərazimizdə yaşayan sakinlərin problemləri  öyrənilir və bələdiyyənin imkanları   daxilində yaranan problemlər  lazımi səviyyədə həll edilməsi təmin edilir. Bələdiyyəmizin əsas  vəzifəsi  sakinlərin rifah halının yaxşılaşdırılmasından sosial-iqtisadi problemlərinin qismən həll edilməsindən ibarətdir. Əsas işlərimizdən biri də sakinlər arasında olub onların  gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək məqsədi ilə onların yanında olmağımızı sübut etməkdir. Bələdiyyə olaraq biz işimizi sakinlərə sədaqət və ehtiram prinsipi əsasında qurmağa çalışırıq.

 Bu gün biz "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq  sizin qarşınızda 2025-ci il ərzində gördüyümüz işlərə dair maliyyə hesabatını veririk.

2025- cı il ərzində Muxax bələdiyyəsinin 27 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır.  Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanuna uyğun olaraq, nəzarət qaydasında baxılması üçün keçikdirilmədən vaxtında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə idarəsinə göndərilmiş inzibati nəzarət qaydasında yoxlanılaraq təsdiq edilmişdir.

Bələdiyyədə kargüzarlıq işləri  “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun qurulmuşdur.2025-ci ildə Muxax Bələdiyyəsinə 96 ərizə daxil olmuşdur. Bunlardan 10 nəfəri həyətyanı torpaq sahəsi satılması ilə əlaqədar,  (Məlumat üçün bildiririk ki,həyatyanı  növbəsində bu günə 340 nəfər vətəndaşımız var.) 45 nəfəri maddi yardım, 2 nəfəri sahibkarlıqla məşğul olmaq üçün, 9 nəfər torpaq sənədlərin  hazırlanmaması ilə əlaqədar qalan 39-i isə müxtəlif səpkilərdə verilən ərizələrdir.Bələdiyyəyə edilən müraciətlər qanunvericiliyə müvafiq olaraq vaxıtnda baxılması təmin edilmiş,Bələdiyyənin imkanları xaricində olan  müraciətlərlə əlaqədar isə aidiyyati üzrə digər təşkilatlara müraciət edilmiş həll edilməsi istiqamətində işlər görülmüşdür. Bundan başqa bələdiyəyə 93 ədəd müxtəlif təşkilatlardan məktublar daxil olmuşdur.Daha vacib olan məktublara da vaxtında gecikdirilmədən cavablar verilmişdir.Bələdiyyədən cıxan müxtəlif məzmunda sənədlərin sayı isə 401 ədəd olmuşdur.       

Bələdiyyə tərəfindən  ərazidə 2025-cı ildə  aşağıda qeyd etdiyim işlərin  görülməsi təmin edilmişdir.

-Bələdiyyənin binasının yerləşdiyi  ərazidə həmişə yaşıl ağacların əkilməsi təmin edilmişdir.

-Ərazidə olan şəhid ailələrinə,veteranlara tək kimsəsizlərə və xəstələrə maddi yardımlar edilir və bu kateqoriyadan olan vətəndaşlar həmişə bələdiyyənin diqqətində saxlanılır.

-Ehtiyacı olan Şəhid ailələri və veteranlar qış odun yanacağı ilə təmin edilmişdir.

-Şəhidlər abidəsi və şəhidlər bulağı ətrafında abadlıq işləri aparılmış bu işlər diqqətə saxlanılır.

  -Kənd uşaq bağcası körpələr evinin müraciəti əsasında yeni il hədiyyələri alınaraq bağcaya təhvil verilmişdir. 

-Təbii fəlakətlə əlaqədar olaraq  2025-ci ildə ərazidə bir çox işlər görülmüş kənd ara yollarına cınqıl daşınmış,qrederlə hamarlama işləri aparılmışdır.

  -Zəyəmdə bərbad vəziyyətdə olan bir necə yola cınqıl töküməklə təmir edilmişdir.

-Müraciətə əsasən İmamqulu yaşayış sahəsində  olduqca bərbad vəziyyətdə bir yolda təmir işləri aparılmışdır.

-kəndin Muxax çay kənarı yolunu birləşdirən hissədə olan vətəndaşlar tərəfindən atılan zibil kənara daşınaraq zərərsizləşdirilmişdir.

 -Ərazidə olan vətəndaşların müraciəti əsasında kənd ara yollarına su kecidi arxlarında qoyulması üçün borular alınmış su kecidi arxlarına qoyulmuşdur.

-Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmiş bu sahə həmişə diqqət mərkəzində olmuşdur.

 -İcməli su verilən su xəttində və subarteziyanlarda təmir işlərinin aparılması təmin edilmişdir

-Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş bələdiyyə mülkiyyətində olan yeni salınmış fındıq   bağlarına vətəndaşlar tərəfindən lazımi  qulluq edilir.

-Dövlət əhəmiyyətli bayram tədbirlərində yüksək səviyyədə iştirak etməklə  tədbirlərin kecirilməsi təmin edilmişdir.

-Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüş,mal-material alınmış təmir işləri aparılmış bu işlər bundan sonra da mütamadi olaraq davam etiriləcəkdir.

 -Muxax kəndinin mərkəzi və  ara  yollarında su arxlarının  zibildən təmizlənməsi işləri vaxtaşırı aparılır.

-Kəndin mərkəzində olan avtobus dayanacağın dam hissəsi təmir edilmişdir digər işlərində görülməsi təmin ediləcəkdir.

  01.01.2025-cı il tarixə 1157.40 manat xərclənməmiş vəsaitimiz qalmışdır

Bələdiyyə büdcəsinə aşağıdakı  mənbələrdən pul vəsaiti daxil olmuşdur;

- Torpaq satışından –                                33930.00 manat

- Torpaq vergisi  -                                      27772.43 manat

- Əmlak vergisi –                                        12574.10 manat

-  Uzunmüddətli icarə-                                 15747.32 manat

-  Fındıq satışından -                                    5708.35  manat

- Maliyyə sanksiyası                                       503.05 manat

-Ot satışı         -                                         11178.65 manat

-  dotasiya –                                                   7000.00 manat

-  digər gəlirlər -                                              7429.00 manat

         Gəlirlərin cəmi                                       121842.90  manat

Muxax bələdiyyəsinin 2025-ci ildəki  xərcləri aşağıdakı kimi olmuşdur.

-   İşçilərə əmək haqqi ödənilmişdir                                    40239.15 manat

-  DSMF ödəmələr                                                              14045.05 manat

-  İcbari tibbi sığorta                                                              2473.49 manat

-  Həmkərlar                                                                         1100.00 manat

-  İşsizlik sığortası                                                                   376.24 manat

- dəftərxana ləvəzimati kompyuter təmiri və sair            1477.00 manat

-  Silahlı qüvvələrə yardım                                                       600.00 manat

-  Şəhid ailələri,,Qarab.veter.tək kimsəsiz və xəstələrə          8640.00 manat

-   Abunə uçun                                                                       626.00 manat

-   Rabitə xidmətinə                                                                533.64 manat

-   Yol təmirində xidmət haqqı tutulmalara                            8802.28 manat

-   Yolların təmirinə  mal-material  üçün                                5164.00 manat

-   Mədəni kütləvi tədbirlərə idmana                                      5535.40 manat

-   DƏDRX-nə hərraca torpaq sənədləşməsi üçün              11407.68 manat                   

-   Bank  xidmətinə                                                                 770.00 manat

-   Elektirik  enerjisi sərfiyyatına,yol işıqları                           3489.35 manat

-   Abadlıq işlərinə                                                                 2097.50 manat

-   Auditor xidmətinə                                                               905.00 manat

-   Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən                3546.53 manat

-   Qəbirstanlıqların saxlanması mal-material xərci -             2803.20 manat

-   Həyətyanı vəsaitinin geri qaytarılmasına                          3667.00 manat

 -  Kənd Bələdiyyələrinin Milli Assosiasiyasina                        360.00 manat

-   Yanacaq alınıb                                                                 1318.95 manat

-    YAP-na üzvülük haqqına                                                   200.00 manat

-    İdarə üçün qış odun yanacağı  şulxa alınıb                        950.00 manat

-    Digər xərclər                                                                      890.28 manat

 -   Müxtəlif həmişə yaşıl ağaclar alınıb                                   200.00 manat

-   Uşaq baxcasına yeni il hədiyyələri alınıb                            300.00 manat                                                          

      Xərcləri  yekunu:                                                      122577.74manat

1 yanvar 2026- ci il tarixə Muxax bələdiyyəsinin hesabinda 422.56 manat  xərclənməmiş vəsait qalmışdır.

Məlumat üçün bir məsələni də nəzərinizə catdırmaq istəyirəm  2025-cü ildə gəlirlərimiz əvvəlki illərə nisbətən yaxşı olmuşdur.Bunun də əsas səbəblərindən biri kimi BAMS-nin  yaradılması və bələdiyyə qulluqcularının işlərinə məsuliyyətli yanaşmaları səbəb olmuşdur.

Hesabatdan göründüyü kimi il ərzində Muxax bələdiyyəsi ərazidə diqqətə layiq  işlər görmüşdür. Lakin  görülməsi vacib olan işlərimiz də çoxdur .

Ən mühüm məsələ isə Yerli (Bələdiyyə) Vergi ödənişlərin Avtomatlaşdırılmış Məlumat   sisteminin yaradılmasıdır ki,vergilərin həmin bazaya işlənməsindən sonra vegilərin toplanmasında əsaslı dönüş yardılmışdır. Hər bir vergi ödəyiçilərimizdən xahiş edirik ki, imkanları daxilində heç olmasa ildə bir dəfə Muxax bələdiyyəsinə gələrək vergilərin hesablanması ödənilməsi barədə öz şəxsi hesabları ilə tanış olsunlar və vergi borclarını vaxtında bələdiyyə büdcəsinə ödəsinlər ki,onlara əlavə faiz hesablanmasın. Məlumat üçün bildiririk ki, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi məcəlləsinin 59.1 maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1 % məbləğində faiz tutulacaq və maliyyə sanksiyası tədbiq ediləcəkdir.

Məlumat üçün bildiririk ki, hal-hazırda BAMS-nın proqramının əhatəsi genişlənmiş bir sıra təşkilatlarla əhatəli işlər görülmüşdür. Hal-hazırda həmin proqram vasitəsi ilə vergi borcu olan vətəndaşlarımıza borcu barədə SMS göndərilir.

Nəzərinizə bir məsələni də catdırmaq istəyirik ki,adətən vətəndaşlar şəxsi  mülkiyyətində olan torpaq sahələrini başqasina satdıqda və ya bagışladıqda yeni torpaq sahibləri bələdiyyədə  qeydiyyata düşmürlər, halbuki,  vergilər  məcəlləsinə görə mulkiyyət sahibi  olan fiziki şəxslər bir  ay  müddətində bələdiyyənin yerli idarəetmə  orqanina özləri müraciət edərək uçota durmalı və alqı satqı apardığı vətəndaşın əvvəlki illərdən bələdiyyə büdcəsinə vergi borclrı olub olmaması ilə maraqanmalıdırlar.Nəzərə alın ki,bu olduqca vacib olan bir məsələdir.

Dövrün tələblərinə uyğun olaraq respublikada bəlkə də ilk olaraq bələdiyyənin elektron feysbuk səhifəsi və elektron poçtumuz yaradılmış və həmişə işlək vəziyyətdədir.Hər bir vətəndaş elektron qayda da   istədiyi məlumatı bələdiyyədən  ala və ya məktub şəklində müraciət edə suallarını bələdiyyəyə  ünvanlaya və cavab ala bilərlər. Bundan başqa e-bələdiyyə.az portalı  vasitəsi ilə də hər bir vergi ödəyicisi öz şəxsi kabinetini yaratmaqla bələdiyyəyə bildiriş göndərə, müraciət edə vergiləri tanış ola biləcəklər.

Problemlərimizdən biri də vətəndaşların vergi ödənişlərinə biganə olan münasibətidir ki, biz hələ də vergi ödənişlərindən yüksək artıma nail ola  bilməmişik. 2025- ci ildə də nə qədər calışsaq da torpaq   əmlak vergisinin toplanmasına icarə   haqlarının yığılmasında yenə də cətinliklərimiz qalmaqdadır.Elə fürsətdən istifadə edərək    bütün Muxax bələdiyyəsi ərazisində yaşayan sakinlərimizə müraciət edirəm ki,  torpaq və əmlak vergilərini, torpaq  icarə haqlarını vaxtında ödəsinlər.Torpaq halallıq sevir, torpaq  vergisinin ödənilməsi  vətəndaşın torpağa  vətənə olan münasibətidir.

Biz bir ildəki fəaliyyətimiz haqda sizə hesabat verdik. Necə  fəaliyyət göstərmişik ,bunun qiymətinın verilməsi  isə sizlərdən aslıdır.

Elvin Yusubov

Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri                  

 

Rəylər

0 Rəy


Rəy yaz