İcra başçısı qəbul keçirdi, vətəndaş təklif etdi, bələdiyyələr də təşəbbüsə qoşuldu
Qax rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınaraq aidiyyəti qurumlara yönləndirilmiş, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.
Bu çərçivədə
Qax şəhər, İlisu, Güllük, Zəyəm-Tasmalı və Qıpçaq bələdiyyələri tərəfindən öz səlahiyyətləri
daxilində yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində bir sıra işlər həyata
keçirilmişdir.
Bu
barədə məlumatı Qax rayon İcra Hakimiyyəti öz sosial media platformasında paylaşıb.
Paylaşımda
qeyd edilir ki, bələdiyyələrin ərazilərini
əhatə edən yaşayış məntəqələrində kənd yollarının təmiri, kəndarası yolların
çınqıllanaraq hamarlanması, küçələrin işıqlandırılması, məişət tullantılarının
təmizlənməsi, arxların lildən təmizlənməsi işləri görülmüşdür.
Eyni
zamanda kəndlərin sərhədlərində ərazilərin kolluqdan təmizlənməsi və ağac tinglərinin
əkilməsi işləri aparılmışdır.
Şəhər
ərazisində küçə və parklarda təmir-tikinti və abadlıq işləri həyata
keçirilmişdir.
Vətəndaşlar
tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin
görülməsi davam etdirilir.
Belediyye.info
Rəylər
0 Rəy