Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-03-2026 , 16:46

117

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Həyata keçirdiyimiz layihələr sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına yönəlib”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixində “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncamına əsasən və bununla  bağlı Tədbirlər Planının 3-cü bəndinə əsasən şəhər (kənd) mühitinin daha sağlam və dayanıqlı formalaşdırılması üçün Şabran bələdiyyəsi tərəfindən rayonun Dəvəçi  və Sincanboyad kəndləri  ərazisində abadlaşdırma və təmizlik işləri həyata keçirilmişdir”- bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Fidan Fərəzliyeva deyib.

Sədr  qeyd edib ki, bələdiyyənin fəaliyyət planına uyğun olaraq, Dəvəçi və Sincaboyad kəndlərinin yol kənarı ərazilərində abadlıq işləri aparılmışdır. Görülən işlər çərçivəsində yolboyu sahələr məişət tullantılarından, müxtəlif çirkləndirici qalıqlardan təmizlənmiş, ərazidə ümumi sanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.

Aparılan abadlıq işləri kəndlərin estetik görünüşünün yaxşılaşdırılmasına, ekoloji tarazlığın qorunmasına və əhalinin daha sağlam mühitdə yaşamasına xidmət edir. Eyni zamanda, yol kənarlarının təmiz saxlanılması hərəkət təhlükəsizliyinin artırılmasına və ərazinin ümumi abad simasının formalaşdırılmasına müsbət təsir göstərir.

Sədr xüsusilə vurğulayib ki, Şabran bələdiyyəsi tərəfindən gələcəkdə də yaşayış məntəqələrində abadlıq və təmizlik işlərinin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Əhalidən ətraf mühitin qorunması, ictimai yerlərin təmiz saxlanılması və görülən işlərə həssas yanaşılması xahiş olunur.

Bununla yanaşı sədr qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bu gün Şabran rayonunun Sincanboyad kənd və Qələgəh kənd ümumi orta məktəblərində ağacəkmə aksiyası keçirilmişdir.

Keçirilən aksiyada məktəblərin şagirdləri fəal iştirak etmiş, ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına öz töhfələrini vermişlər.

Şabran şəhər bələdiyyəsi tərəfindən təşkil olunan bu təşəbbüsün əsas məqsədi ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və gənc nəsildə təbiətə sevgi və qayğı hissinin formalaşdırılmasıdır.

Qeyd edək ki, Şabran şəhər bələdiyyəsi tərəfindən bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər