Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2026 , 10:25

745

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Son beş ildə büdcə gəlirini üç dəfəyədək  artırıblar

LAKİN MASALLI BƏLƏDİYYƏLƏRİNİN ƏMLAKLA BAĞLI PROBLEMLƏRİ AZALMIR

Masallı RİH-in təşəbbüsü ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin Masallı rayonunda formalaşan bələdiyyələrin sədrləri ilə görüşü keçirilib.

Görüş  Masallı RİH -in inzibati binasında baş tutub.  On səkkiz bələdiyyənin sədrlərinin iştirakı ilə keçirilən görüşdə ictimai birliyin sədri Vüqar Tofiqli ölkəmizdə formalaşan bələdiyyələrin son illərdə əldə etdiyi uğurlarından və üzləşdikləri problemlərdən danışıb.

Birlik sədri bildirib ki, son bir neçə il ərzində Masallı bələdiyyələrində hiss olunan hərəkətlilik birləşdirmədən sonra formalaşan bələdiyyələrin işə olan münasibətinin dəyişməsi, xüsusəndə Masallı RİH-in bu prosesə maraqlı olması ilə bağlıdır. 2021-ci ildə il ərzində rayonda formalaşan 36 bələdiyyə  48.500 manatlıq əmlak vergisi toplamışdısa, ötən il  18 bələdiyyənin əldə etdiyi əmlak vergisinin həcmi 148.300 manat təşkil edib.  Beş il ərzində əmlak vergisinin həcmi üç dəfəyədək artıb. Bu artımın əsas bir səbəbi   Adminstarsiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, ABMA-nın və “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin iştirakı ilə  yenilənən və təkmilləşdirilən BAMS  proqramının ƏMDX məlumat sisteminə inteqrasiyası idisə, digər tərəfdən yeni formalaşan tərkibin bələdiyyələrdə vergi-uçot sisteminin düzgün şəkildə qurulması ilə bağlı olub.

Vüqar Tofiqli Nazirlər Kabinetinin “11 mart Qərarı”nın bələdiyyələrin fəaliyyətinə, onların büdcə gəlirlərinə müsbət təsir edə biləcək hüquqi bir sənəd adlandırıb. BAMS proqramının 13 dövləti qurumu ilə informasiya mübadiləsinin edilməsi bir tərəfdən bələdiyyələrin yerlərdə çəki və nüfuzuna, digər tərəfdən büdcə gəlirlərinin artmasına əsaslı çəkildə öz təsirini göstərəcəkdir.

Görüşdə həmçinin əldə olunan  uğurlarda Masallı RİH başçısı Araz Əhmədovun da öz töhfəsinin olması danılmaz bir fakt olması qeyd olunub. Daim bələdiyyə ərazilərini ziyarət edərək öz tövsiyələrini verməsi, bu qurumların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında RİH-in dəstəyinin əsirgəməməsi nəticədə bələdiyyələrin həm də fəaliyyətinin səmərələliyinin artmasına öz təsirini göstərib. Məhz bu diqqətin nəticəsidir ki, 2021-ci ildə 36 bələdiyyə 489.400 manat büdcə gəliri əldə etmişdirsə, ötən il bu rəqəm 1.351.500 manat təşkil edib. Bu isə büdcə gəlirlərinin təxminən üç dəfəyədək artımı deməkdir.  Əgər 2021-ci ildə bir bələdiyyəyə düşən aylıq büdcə gəliri 1.133 manat təşkil etmişdirsə, ötən il bu rəqəm 6.254 manata bərabər olub. Artım və inkişaf göz önündədir. Və əldə olunan vəsaitin hər bir manatının vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilməsi də ürəkaçan məqamlar sırasındadır. 

Vüqar Toflqli bələdiyyələrin üzləşdiyi problemlərə və onun həlli yollarına da toxunub.  

Görüşdə Bədəlan bələdiyyəsinin sədri  İdris Tağıyev,  Yeddioymaq Bələdiyyəsinin sədri Zeynalabdin Zeynalov,  Kolatan Bələdiyyəsinin sədri  Rauf Cəbiyev,  Təklə bələdiyyəsinin sədri  İlkin Kərimov, Şərəfə bələdiyyəsinin sədri Abuzər Mehdiyev,  Viləş bələdiyyəsinin sədri  Alim Ələmov, Qəriblər bələdiyyəsinin sədri  Camal Xaliqov çıxış edərək mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər.

Görüşdə çıxış edən natiqlər Masallı RİH-dən daim dəstək aldıqların qeyd etməklə yanaşı, Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyə mülkiyyətinin tanıtdırılması ilə bağlı yaratdıqları problemlərdən narahatlıqlarını ifadə ediblər. Ötən ilin aprelindən qüvvəyə minən qanunvericiliyə görə Qiymətləndirmə Palatasının rəyininin ƏMDX- nin müvafiq qurumları tərəfindən qəbul edilməməsi vətəndaşı bələdiyyədən narazı salır. Bu da öz növbəsində vətəndaş məmnunluğunun təmin edilməsinə kölgə salır.  Görüşdə həmçinin bildirilib ki, bu gün müvafiq quruma rəy üçün göndərilən müraciətlərin 90 faizinə imtina gəlirsə demək narahatlığa əsas var.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
468