Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2026 , 15:58

338

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu rayonda yalnız iki bələdiyyənin DSMF-yə borcu qalıb

Masallı rayonunda formalaşan 18 bələdiyyədən yalnız ikisinin, Viləş və Qəriblər bələdiyyəsinin DSMF-yə borcu qalıb. Ötən il Qəriblər bələdiyyəsi 11 min manat DSMF borcunu ödəsə də hazırda 24 min manat borcu qalmaqdadır.

Bununla yanaşı Viləş bələdiyyəsi də ötən il ərzində DSMF-yə olan borcun  21 min manatı ödənilmiş, hazırda qalan borcun həcmi 8 min manata yaxındır.

Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, ötən il Banbaşı bələdiyyəsi DSMF-yə olan  7 min manat , Təklə bələdiyyəsi isə 16 min manat DSMF borcunu  tam bağlamışdır.

Mövcud olmuş borclar isə 2008-ci ilə qədər yaranmış borclar olub.

Məlumatda qeyd edilir ki, rayonda formalaşan 18 bələdiyyənin hər birinin əsas vəzifəsi büdcə gəlirlərini artırmaqla rayonda vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməkdir. Bütün fəaliyyətdə məhz bu səmtə yönəlib.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
468