Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-04-2026 , 19:47

204

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qalib Mirzəyev: “Əmlak vergisinin həcmində 31 faizlik artımın olması bizi qane etmir”


“2024-cü ilin birinci rübü ilə müqayisədə cari ilin birinci rübündə ümumi büdcə gəlirlərində 52 faizlik artım  müşahidə olunub” – bu fikirləri Belediyye.infoya İmişli bələdiyyəsinin sədri Qalib Mirzəyev deyib.

Sədr qeyd edib ki, İmişli bələdiyyəsi 2024-cü ilin 1-ci rübü ərzində əldə etdiyi 28.750 manatın 14.260 manatı əmlak vergisindən, 4.565 manatı torpaq vergisindən, 1.224 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən, 8.650 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən və 50 manatı isə stasionar  və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərdən  daxil olub.  

2025-cü ilin 1-ci rübü ərzində əldə etdiyi 39.144 manatın 10.408 manatı əmlak vergisindən, 16.277 manatı torpaq vergisindən, 10.408 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən, 1.625 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən və 366 manatı isə stasionar  və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərdən  daxil olub.  

2026-cü ilin 1-ci rübü ərzində isə əldə etdiyi 55.252 manatın 18.782 manatı əmlak vergisindən, 9.116 manatı torpaq vergisindən, 6.018 manatı bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən, 21.040 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən və 296 manatı isə stasionar  və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərdən  daxil olub.  

Sədr qeyd edib ki, əmlak vergisinin həcmində 31 faizlik artımın olması, hələ ki, bizi qane etmir. Odur ki, bələdiyyənin vergi xidmətinin bu gün əsas fəaliyyəti BAMS proqramının verdiyi bütün imkanlardan yararlanaraq büdcə gəlirlərini artırmağa yönəlib.  

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
468