Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-04-2026 , 16:07

134

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şəki regional ədliyyə idarəsi bələdiyyələri üçün seminar-təlim keçirilib

 

Balakən bələdiyyələri üçün onlayn seminar-təlim keçirilib

 Şəki regional ədliyyə idarəsi tərəfindən Şəki rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün seminar-təlim keçirilib.

Onlayn formatda təşkil edilən seminar-təlim çərçivəsində “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri, bələdiyyə iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi, vətəndaş-bələdiyyə münasibətlərinin, o cümlədən vətəndaşların qəbulu işinin düzgün qurulması və bələdiyyələrin fəaliyyətində aşkarlıq, torpaq qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınmasında bələdiyyələrin rolu barədə məlumat verilib.

Həmçinin bələdiyyə torpaqları üzərində icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə riayət olunması, korrupsiyaya qarşı mübarizənin yerli özünüidarəetməyə ictimai etimadın artırılmasında rolu, habelə bələdiyyə üzvləri və qulluqçularının etik davranış qaydaları ilə bağlı məsələlərə toxunulub.

55 nəfər bələdiyyə üzvü və qulluqçusunun iştirak etdiyi təlimdə müzakirə olunan mövzular üzrə bələdiyyələrin hüquq və vəzifələri diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb

-----

Şəki regional ədliyyə idarəsi Qax rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün onlayn seminar-təlim təşkil edib.

Seminar-təlim çərçivəsində “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri, bələdiyyə iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi, vətəndaş-bələdiyyə münasibətlərinin, o cümlədən vətəndaşların qəbulu işinin düzgün qurulması və bələdiyyələrin fəaliyyətində aşkarlıq, torpaq qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınmasında bələdiyyələrin rolu barədə məlumat verilib.

Həmçinin bələdiyyə torpaqları üzərində icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə riayət olunması, korrupsiyaya qarşı mübarizənin yerli özünüidarəetməyə ictimai etimadın artırılmasında rolu, habelə bələdiyyə üzvləri və qulluqçularının etik davranış qaydaları ilə bağlı məsələlərə toxunulub.

Tədbirdə 30 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Seminar zamanı müzakirə olunan mövzular üzrə bələdiyyələrin hüquq və vəzifələri diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

-------

Ədliyyə Nazirliyinin Şəki regional ədliyyə idarəsi tərəfindən Zaqatala rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün onlayn seminar-təlim keçirilib.

Seminar-təlimdə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri, “Bələdiyyə iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi”, “Vətəndaş-bələdiyyə münasibətlərinin, o cümlədən vətəndaşların qəbulu işinin düzgün qurulması və bələdiyyələrin fəaliyyətində aşkarlıq”, “Torpaq qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınmasında bələdiyyələrin rolu”, “Bələdiyyə torpaqları üzərində icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə riayət olunması”, “Korrupsiyaya qarşı mübarizə əhalinin yerli özünüidarəetməyə olan etimadının yüksəldilməsində əsas amil kimi” və “Bələdiyyə üzvlərinin və qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunvericiliyin tələbləri” mövzuları müzakirə edilib.

56 nəfərin qatıldığı tədbir zamanı mövzular üzrə qanunvericiliyin tələbləri izah olunub, bələdiyyələrin hüquq və vəzifələri diqqətə çatdırılıb. Həmçinin iştirakçıların sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

==========

Ədliyyə Nazirliyinin Şəki regional ədliyyə idarəsi Balakən rayonunda fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları üçün onlayn seminar-təlim keçirilib.

Seminar-təlim “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri”, “Bələdiyyə iclaslarının keçirilməsi qaydaları və kollegiallıq prinsipi”, “Vətəndaş-bələdiyyə münasibətlərinin, o cümlədən vətəndaşların qəbulu işinin düzgün qurulması və bələdiyyələrin fəaliyyətində aşkarlıq”, “Torpaq qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınmasında bələdiyyələrin rolu”, “Bələdiyyə torpaqları üzərində icarə hüquqlarının alqı-satqısı zamanı qanunvericiliyin tələblərinə riayət olunması”, “Korrupsiyaya qarşı mübarizə əhalinin yerli özünüidarəetməyə olan etimadının yüksəldilməsində əsas amil kimi” və “Bələdiyyə üzvlərinin və qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunvericiliyin tələbləri”  mövzularını əhatə edib.

41 nəfərin qatıldığı tədbir zamanı müvafiq mövzular üzrə qanunvericiliyin tələbləri izah olunub, bələdiyyələrin hüquq və vəzifələri ətraflı şəkildə diqqətə çatdırılıb. Həmçinin iştirakçıların mövzularla bağlı sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ədliyyə Nazirliyi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər