Atabala Şeydayev: “Yerli vergilərin yığımında ciddi irəliləyişə nail olunub”
“Bələdiyyənin fəaliyyəti əsasən kollektivin işə olan münasibətindən, o cümlədən vergi-uçot sisteminin hansı səviyyədə qurulmasından çox asılıdır”- bu fikirləri Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Sədrin sözlərinə görə, yerli vergilərin yığımında ciddi şəkildə
irəliləyişə nail olunub.
Belə ki, 2025-ci ilin birinci rübündə 242 manatlıq əmlak vergisi, 735 manatlıq torpaq
vergi toplanıldığı halda, cari ilin birinci rübündə əmlak vergisindən 2.521
manat, torpaq vergisindən isə 6.603 manat əldə olunub. Bu isə əmlak vergisində 11 dəfəyədək, torpaq
vergisində isə 9 dəfəyədək artım deməkdir.
Beləliklə,
vergi xidmətinin əsas fəaliyyəti BAMS
proqramındakı bələdiyyəyə aid olan sistemdə mövcud olmuş uyğunsuzluqlar, təkrarçılıq
halları aradan qaldırılmaqla yanaşı, vergi ödəyiciləri barəsində məlumatların dəqiqləşdirilməsi
həyata keçirilir. Bununla yanaşı vergi ödəyiciləri ilə mütəmadi olaraq maarifləndirici
görüşlərdə təşkil edilir.
Təşkil
edilən hər bir görüşdə həm bələdiyyənin, həm də vergi ödəyicilərinin üzərinə
düşən vəzifələr izah edilir.
Sədr qeyd edib ki, Pirəbədil bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər bələdiyyə qulluqçusu var. İrili-xırdalı 38 kəndi əhatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.
Belediyye.info
Rəylər
0 Rəy