Təmiri başa çatdırılmış binalara baxış keçirilib
Mingəçevir şəhərində əsaslı təmir-quruculuq işləri başa çatdırılmış binalar və məhəllələrə baxış keçirilib.
Baxışda şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər
Bələdiyyəsinin sədri Anar İsmayılov, idarə və müəssisələrin rəhbərləri,
ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak ediblər.
Baxış zamanı A. Məmmədov və Nizami küçələrində yerləşən bir
sıra yaşayış binalarının girişləri və fasad hissələrinin yeniləndiyi, ətraf ərazilərdə
isə abadlıq işlərinin həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, şəhərdə abadlıq və yenidənqurma işləri mərhələli
şəkildə davam etdiriləcək.
Baxış Heydər Əliyev prospekti ərazisində yerləşən yeraltı keçiddə aparılan yenidənqurma işləri ilə davam edib. Bildirilib ki, keçidin müasir tələblərə uyğun şəkildə yenilənməsi, o cümlədən müasir işıqlandırma sisteminin qurulması, eskalatorların quraşdırılması və hərəkət imkanları məhdud şəxslər üçün xüsusi şəraitin yaradılması nəzərdə tutulur.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy