Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2026 , 18:17

105

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Natiq Bəkmirzəyev: “Şəhidlərimizin xatirəsinin yaşadılması və onların ailələrinə mənəvi dəstəyin göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır”

 “Bələdiyyə ərazisində yaşayan şəhid ailələri və qazilər daim dövlət qayğısı ilə əhatə olunur və  Quba Rayon İcra Hakimiyyəti tərəfindən diqqətdə saxlanılır. Eyni zamanda, Küpçal-Dağlı bələdiyyəsi tərəfindən də həssas qrupa aid olan insanlara mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev  deyib.

Sədrin sözlərinə görə, 2024-cü ildə Üçgün kəndindən olan şəhid Eldarov Sədyar Rizvan oğlunun kənd qəbirstanlğındakı məzarı mərmər daşdan yenidən qurulmuşdur.

30 aprel 2026-cı il tarixində isə Küpçal-Dağlı bələdiyyəsi tərəfindən Üçgün kəndindən olan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhidlərin adlarına kənd ərazisində plakatlar yerləşdirilmişdir.

Plakatlar şəhidlərimiz — Mirzəyev Nuran Akif oğlu, Xudayev Yaşar Əli oğlu, Bayramov İxtiyar Bayram oğlu, Tahirov Alimşah Əmirşah oğlu, Eldarov Sədyar Rizvan oğlu və Abdulrəhimov Ramin Şövkət oğlunun əziz xatirəsinə ithaf olunmuşdur.

Bu kimi addımlar şəhidlərimizin xatirəsinin yaşadılması və onların ailələrinə mənəvi dəstəyin göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər