Şabranda 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir
1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Şabran Rayon Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva rayon ərazisində fəaliyyət göstərən 1 saylı körpələr evi-uşaq bağçasında, “Cücələrim” körpələr evi-uşaq bağçasında və “Panda School” məktəbəqədər təhsil müəssisəsində olmuşdur.
Ziyarət zamanı uşaqların bayramı təbrik edilmiş, onlarla səmimi görüş keçirilmiş, uşaqların sevincinə şərik olunmuşdur. Bələdiyyə tərəfindən körpələrə müxtəlif hədiyyələr təqdim edilmiş, onların xoş və qayğısız uşaqlıq illəri arzu edilmişdir.
Fidan Fərzəliyeva çıxışında qeyd etmişdir ki, uşaqlar cəmiyyətimizin gələcəyi, ən qiymətli sərvətidir. Onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi hər birimizin əsas vəzifələrindən biridir. Uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və xoşbəxt gələcəyinin təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır.
Şabran Rayon Bələdiyyəsi bütün uşaqları 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayır.
Rəylər
0 Rəy