Son iki ildə bu rayon bələdiyyələrinə mehmanxana rüsumu daxil olmayıb
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Ağsu rayonunda formalaşan 10 bələdiyyənin büdcə gəliri 384.600 manat olub. Bu 2024-cü illə müqayisədə cəmi 5.2 faiz az deməkdir. 2024 cü ildə 31 bələdiyyənin büdcə gəliri 405.600 manat olmuşdu.
Əldə edilən
gəlirin 35.2 faizi vergilərdən, 64.8 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 30.6
faizi torpaq, 4.5 faizi əmlak vergisindən daxil olub. Ağsu bələdiyyələrinin
büdcə gəlirinin 48.2 faizi bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.
Bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi 2024-cü illə müqayisədə 28.3 faiz azalıb.
Bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən daxil olan ödənişin həcmi
800 manat vəsait daxil olub.
Maraqlıdır
ki, bələdiyyə büdcəsinə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən 2023-cü
ildə 16.400 manat vəsait daxil olsa da, 2024 və 2025-ci illərdə bələdiyyə büdcəsinə
bu istiqamətdən hər hansı vəsati daxil olmayıb.
Ötən il Ağsu
bələdiyyələrinə 63.000 manat dotasiya ayrılıb.
2025 -ci ildə
daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən və avtodayanacaqlardan Agsu bələdiyyələrinin büdcəsinə maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy