Tural Ağammədov: “Büdcə gəlirlərimizi artırmaqla həm də vətəndaş məmnunluğunu təmin etmiş oluruq”
“Masallı bələdiyyəsi olaraq əsas vəzifəmiz şəhər ərazisində vətəndaş məmnunluğuğunun təmin edilməsinə öz töhfəmizi verməkdir”- bu fikirləri Belediyye.infoya Masallı bələdiyyəsinin sədri Tural Ağammədov deyib.
Sədrin
sözlərinə görə, Vətəndaş məmnunluğunun təmin edilməsi isə ilk növbədə sakinlərin
qaldırdığı məsələlərin vaxtında öz həllini tapmasıdır. Bunun üçün isə bələdiyyənin
azsaylı kollektivinin birgə səyi ilə bələdiyyənin büdcə gəlirlərində artıma nail
olmaq tələb olunur.
Sədr qeyd
edib ki, son iki ilin beşaylıq büdcə gəlirlərinə diqqət yetirsək vergi xidmətinin
əldə etdiyi uğurları aydın şəkildə görmək mümkündür.
2024-cü
ilin ilk beş ayı ərzində 40.685 manatlıq vergi yığılmışdısa, bu rəqəm cari ildə
143.939 manat olub. 2024-cü illə müqayisədə
torpaq vergisində 20 dəfəyədək, əmlak vergisində isə 9 dəfəyədək artım müşahidə olunub.
Sədr qeyd
edib ki, 2024-cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 40.685
manat vəsaitin, 923 torpaq vergisindən, 4.033 manatı əmlak vergisindən,
35.668 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 60 manatı bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.
2025- cü ilin ilk beş ayı ərzində
ümumi olaraq əldə olunan 100.376
manat vəsaitin, 4.329 torpaq vergisindən, 16.290 manatı əmlak vergisindən, 79.387
manatı bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən, 360 manatı isə mehmanxana
rüsumlarından daxil olub.
2026- cü ilin ilk beş ayı ərzində
ümumi olaraq əldə olunan 143.939
manat vəsaitin,
18.796 torpaq vergisindən, 40.189 manatı əmlak vergisindən,
81.560 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,
590 manat bələdiyyə mülkiyyətinin icarəsindən, 2.805 manatı isə
mehmanxana rüsumlarından daxil olub.
Bu gün
fəaliyyətimizini əsas istiqaməti təkmilləşdirilmiş və yenilənmiş BAMS
proqramının verdiyi bütün imkanlardan istifadə etməklə daha böyük uğurlara imza atmaqdır.
Sözsüz ki,
büdcə gəlirlərimizi artırmaqla həm də vətəndaş məmnunluğunu təmin etmiş oluruq.
Belediyye.info
Rəylər
0 Rəy