Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-06-2026 , 11:20

79

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov: “Son iki ildə yerli vergilərin yığımında ciddi irəliləyişə nail olmuşuq”

“Vəndam bələdiyyəsi olaraq başlıca məqsədimiz qəsəbə ərazisində vətəndaş məmnunluğuğunun təmin edilməsinə öz töhfəmizi verməkdir”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Vəndam bələdiyyəsinin sədri Asif Həşimov deyib.

Sədrin sözlərinə görə, hər bir qəsəbə sakininin müraciəti bələdiyyədə diqqətdə saxlanılır, icrası ilə bağlı addımlar atılır. Əsas məsələ isə sakinlərin qaldırdığı məsələlərin vaxtında öz həllini tapmasıdır. Bunun üçün isə bələdiyyənin büdcə gəlirlərində artıma nail olmaq tələb olunur.

Sədr qeyd edib ki, son iki ilin beşaylıq büdcə gəlirlərinə diqqət yetirsək vergi xidmətinin əldə etdiyi uğurları aydın şəkildə görmək mümkündür.

2025-cü ilin ilk beş ayı ərzində 24.761 manatlıq vergi yığılmışdısa, bu rəqəm cari ildə 49.023 manat olub. 2025-cü illə müqayisədə torpaq vergisində  44 faizədək, əmlak vergisində isə 48 faizədək  artım müşahidə olunub.

2025- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  24.761 manat vəsaitin, 13.889 torpaq vergisindən, 4.612 manatı əmlak vergisindən,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən 5.708 manat,  bələdiyyə mülkiyyətinin icarəsindən 550 manat vəsait daxil olub.

2026- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  49.023 manat vəsaitin, 20.100 torpaq vergisindən, 6.817 manatı əmlak vergisindən,   9.901 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 3.062 manat bələdiyyə mülkiyyətinin icarəsindən,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən 8.585 manat daxil olub. Bununla yanaşı maliyyə sanksiyasında bələdiyyə büdcəsində  555 manat vəsait daxil olub.

Bu gün  fəaliyyətimizini əsas istiqaməti təkmilləşdirilmiş və yenilənmiş BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə daha  böyük  uğurlara imza atmaqdır.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər