Natiq Bəkmirzəyev: “Birgə fəaliyyətin sayəsində genişmiqyaslı layihənin icrası mümkün olmuşdur”
“21 iyun 2026-cı il, bazar günü olmasına baxmayaraq, Küpçal-Dağlı bələdiyyəsinin inzibati ərazisində uzun illərdir mövcud olan içməli su problemi nəhayət həll edilmişdir”- bu fikirləri Belediyye.infoya Quba rayonu, Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev deyib.
Sədrin
sözlərinə görə, Küpçal kəndi uzun müddət ərzində içməli su çatışmazlığı ilə
ciddi çətinliklər yaşamış, bu vəziyyət həm məişət işlərinə, həm də kənd əhalisinin
gündəlik həyatına mənfi təsir göstərmişdir. Xüsusilə yay aylarında suyun
azalması və bəzi ərazilərdə ümumiyyətlə suyun olmaması kənd sakinləri üçün əlavə
çətinliklər yaratmışdır.
Bu
problemin aradan qaldırılması məqsədilə Küpçal-Dağlı bələdiyyəsi yerli əhali ilə
birgə təşəbbüs göstərmiş, kənd ağsaqqallarının və sakinlərin iştirakı ilə
genişmiqyaslı su çəkıilişi layihəsi həyata
keçirilmişdir.
Əhalinin
dəstəyi və birgə əməkdaşlıq sayəsində layihə uğurla yekunlaşmış, Küpçal kəndi
artıq fasiləsiz və dayanıqlı içməli su ilə təmin olunmuşdur. Bu hadisə kənd
sakinləri tərəfindən böyük sevinc və razılıqla qarşılanmışdır.
Sədr bildirib
ki, bundan sonra da kəndin sosial-iqtisadi inkişafı, infrastrukturunun
yaxşılaşdırılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində bələdiyyə tərəfindən
işlər davam etdiriləcəkdir.
Bələdiyyə olaraq bu mühüm işin həyata keçirilməsində fəal iştirak edən bütün kənd sakinlərinə xüsusi təşəkkürümüzü bildiririk.
Belediyye.info
Rəylər
0 Rəy