Allahverdi Xudaverdiyev: “Hər bir bələdiyyə ərazisində mövcud olan maddi-mədəni irs nümunələrinin mühafizəsinə, qrounmasına öz töhfəsini verməlidir”
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ilk görüşü Quba bələdiyyəsinin inzibati binasında bələdiyyənin sədri Allahverdi Xudaverdiyev və sədr müavini Nizaməddin Əmrullayevin iştirakı ilə keçirib. Görüşün keçirilməsində əsas məqsəd bələdiyyədə layihə çərçivəsində keçiriləcək görüşün təşkili, habelə şəhər ərazisində Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına düşən bir sıra tarixi -memarlıq abidələrininin ziyarət edilməsi planlaşdırıldı.
Görüşdə
sədr Allahverdi Xudaverdiyev qeyd edib ki,
hər bir bələdiyyə ərazisində mövcud olan maddi-mədəni irs nümunələrinin
mühafizəsinə, qrounmasına öz töhfəsini verməlidir.
Quba
bələdiyyəsi də bu istiqamətdə ciddi işlər həyata keçirməkdədir. Maliyyə
imkanları yol verdikcə biz bu istiqamətə daha çox maliyyə vəsaiti ayırmaq niyyətindəyik.
Görüşdə
“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Cəfərov mövzunun
aktuallığını qeyd edərək, hər bir bələdiyyənin bu istiqamətin inkişafına,
mühafizəsinə və qorunmasına öz töhfəsini verməsi üçün çalışmalı, ozləri üçün
vahid strateji yol xəritəsini çəkməlidir. Bu vəzifə əsasən rayonun mərkəz bələdiyyəsinin
üzərinə düşür.
Gün ərzində
Quba bələdiyyəsinin nümayəndəsi ilə şəhərin mərkəzi hissəsində yerləşən bir
sıra yerli əhəmiyyətli tarixi-memarlıq abidələri, o cümlədən məscidlər ziyarət
olunmuş və görüş iştirakçıları ilə geniş fikir mübadiləsi aparılmışdır.
Belediyye.info
Rəylər
0 Rəy