Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-04-2024 , 17:59

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Altıağac Bələdiyyəsi sakinlərə müraciət edib: "Çay kənarlarına tullantı atılmasın!" 

Xızı rayonu Altıağac Bələdiyyəsi "Yaşıl dünya naminə həmrəylik" ili çərçivəsində  qəsəbə ərazisində iməcilik keçirib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Bələdiyyə kollektivinin, qəsəbə sakinlərinin və könüllülərinin  iştirakıyla  keçirilən aksiyada qəsəbədən keçən çayın kənarlarının zibil tullantılarından təmizləməsi işləri aparılıb.

Bələdiyyə həmçinin hər bir sakindən xahiş edir ki,  məişət tullantılarını xüsusi ayrılmış yerlərə atsınlar. Çay kənarlarına tullantı atılmasın! 

Məişət tullantılarının yığılıb daşınmasının vaxtında təmin olunması üçün hər birimiz xidmət haqlarını vaxtında ödəyək. 

Qəsəbəmizin təmizliyi ilk öncə özümüzün və gələcək nəsilin sağlamlığıdır! 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər