Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-04-2024 , 08:28

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Gədəbəy bələdiyyələri əmlak vergisinin həcmini 22.4 faiz artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Gədəbəy rayonunda formalaşan 20 bələdiyyənin büdcə gəliri 378.500 manat olub. Bu 2022-ci illə müqayisədə 5.7 faiz çoxdur.  

Əldə edilən gəlirin 40.5 faizi vergilərdən, 59.5 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 24.8 faizi torpaq, 15.7 faizi əmlak vergisindən daxil olub. Ötən il Gədəbəy bələdiyyələri 59.500 manatlıq əmlak vergisi toplaya biliblər ki, bu da 2022-ci llə müqayisədə 22.4 faiz artıq deməkdir.

Gədəbəy bələdiyyələrinin büdcə gəlirinin 37.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Gədəbəy bələdiyyələri ötən il 143.000 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 22.6 faiz çox deməkdir.  İl ərzində Gədəbəy bələdiyyələrinə 78.900 manat dotasiya ayrılıb.

Gədəbəy bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 22.7 faiz artıra biliblər. Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 80.500 manat maliyyə vəsaiti daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən və avtodayanacaqlardan bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər