Sumqayıtda Qurd dərəsi massivində geniş iməcilik aksiyası keçirilib
Sumqayıt şəhərində abadlıq və təmizlik işləri davam etdirilir.
Şəhər İcra Hakimiyyətinin 4 nömrəli İcra nümayəndəliyi və
Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qurd dərəsi yaşayış massivində geniş iməcilik aksiyası
keçirilib.
Aksiya çərçivəsində ərazidə məişət tullantıları
yığışdırılıb, yaşıllıq sahələri təmizlənib, ağacların budanması və yeni
ağacların əkilməsi həyata keçirilib. Həmçinin, zibil konteynerləri yenilənib,
yolların kənarları və səkilər bərpa olunub.
İməcilikdə 4 nömrəli İcra nümayəndəliyinin və bələdiyyə əməkdaşları
fəal iştirak ediblər. Onlar birlikdə ərazinin ekoloji vəziyyətinin
yaxşılaşdırılması və daha təmiz mühitin formalaşdırılması istiqamətində
çalışıblar.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu cür iməcilik
aksiyaları şəhərin bütün ərazilərini əhatə etməklə mütəmadi şəkildə davam
etdiriləcək. Məqsəd şəhərdə abadlıq, ekoloji təhlükəsizlik və estetik görünüşün
qorunmasıdır.
Qeyd edək ki, Sumqayıtda son aylarda bir neçə yaşayış massivində oxşar təmizlik və abadlıq aksiyaları həyata keçirilib.
Rəylər
0 Rəy