Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-07-2025 , 15:43

966

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

Şəffaflıq, hesabatlılıq və sosial məsuliyyət bizim əsas prinsipimizdir

 

(DƏLLƏR CƏYİR BƏLƏDİYYƏSİNİN 2025-Cİ İLİN I YARIMİLLİYİ ÜZRƏ İCTİMAİ FƏALİYYƏT VƏ İDARƏÇİLİK HESABATI)

Şəmkir rayonu, Dəllər Cəyir Bələdiyyəsi olaraq, bələdiyyələrin birləşdirilməsi ilə bağlı aparılan inzibati islahatların nəticəsi kimi formalaşdığımız yeni strukturda, 2025-ci ilin ilk 6 ayı ərzində fəaliyyətimizi hüquqi əsaslara, strateji planlamaya və vətəndaş məmnuniyyətinə əsaslanan prinsiplərlə qurmağa çalışmışıq.

 İnsan resurslarının idarə olunması və təşkilati strukturun formalaşdırılması hesabat dövrü ərzində bələdiyyənin hüquqi statusunun dəyişməsi ilə əlaqədar olaraq yeni işçi tərkibinin formalaşdırılması istiqamətində praktiki addımlar atılmışdır. Belə ki:

Ümumi 10 vakansiya yeri müəyyən olunmuş, onlardan 8-i faktiki olaraq doldurulmuşdur.

Qalan vakansiyalar üzrə seçim prosesi, bələdiyyənin maliyyə imkanları və prioritet fəaliyyət istiqamətləri nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcəkdir.

Bu yanaşma idarəetmədə səmərəliliyi və məsuliyyət bölgüsünü artırmaq məqsədi daşıyır.

“Təmiz Kənd” modeli – Kommunal Xidmətlərin əhatə dairəsinin genişləndirilməsi

İlk dəfə Sarıtəpə kəndində tətbiq edilən və özünü praktik baxımdan səmərəli model kimi göstərən “Təmiz Kənd” layihəsi artıq digər kəndlərdə də tətbiq edilməyə başlanmışdır:

Hal-hazırda Dəllər Cırdaxan, Qaranüy, Dəllər Daşbulaq və Sarıtəpə kəndlərində kommunal xidmət tam şəkildə fəaliyyət göstərir.

Bu xidmətə məişət tullantılarının toplanması, daşınması, çeşidlənməsi və ictimai ərazilərin dövri təmizliyi daxildir.

Dəllər Cəyir kəndində xidmətin tətbiqinə hazırlıq prosesi aparılır və yaxın aylarda işə başlanacaq.

Layihənin məqsədi yalnız infrastrukturun saxlanılması deyil, həm də kənd mühitində ekoloji mədəniyyətin formalaşdırılması və vətəndaş məsuliyyətinin artırılmasıdır.

 Vətəndaş müraciətlərinin idarə olunması və ictimai iştirakçılıq

6 ay ərzində bələdiyyəyə ümumilikdə 32 ərizə və müraciət daxil olmuşdur. Bu müraciətlərdən:

18 müraciət bilavasitə bələdiyyənin səlahiyyəti daxilində araşdırılaraq həllini tapmışdır.

14 müraciət isə aidiyyəti dövlət orqanları ilə birgə müzakirəyə çıxarılaraq prosesə cəlb edilmişdir.

Qalan müraciətlərə baxılma prosesi mərhələli şəkildə davam etdirilir. Vətəndaş müraciətlərinin cavablandırılması qanunvericiliyin tələblərinə, prosedur qaydalara və vətəndaş hüquqlarına əsasən həyata keçirilir.

Maliyyə fəaliyyətinə dair ümumi rəy

Bələdiyyənin maliyyə fəaliyyəti BAMS (Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi) üzərindən tam şəffaf şəkildə aparılır. Aşağıdakı statistik göstəricilər təqdim olunur:

Ümumi daxilolmalar: 11.965 AZN, o cümlədən:

Əmlak vergisi: 434,80 AZN

Torpaq vergisi: 3.169,15 AZN

İcarə haqqı: 6.362,00 AZN

Özgəninkiləşdirmədən əldə edilən vəsait: 2.000,00 AZN

Xərclər (məxaric):  10 935,89 AZN, o cümlədən:

Bələdiyyənin saxlanması və inzibati xərclər: 7082.78 AZN

DSMF, işsizlik və icbari tibbi sığorta haqları: 3464.51 AZN

Qəzet və informasiya abunəsi: 345,60 AZN

Digər xərclər: 43,00 AZN

Qeyd: Aprel ayından etibarən bələdiyyənin yeni təşkilati quruluşu tam formalaşdığı üçün mədaxil və məxaric əməliyyatları faktiki olaraq bu tarixdən sonra başlamışdır.

İnzibati səmərəlilik və islahat istiqamətləri

Bələdiyyələrin birləşməsi nəticəsində keçmiş strukturlardan miras qalan maliyyə borcları, sanksiyalar və iflic olmuş fəaliyyət göstəriciləri bizim qarşımızda ciddi çağırış kimi dayanmışdır. Hazırda bu çağırışlara cavab olaraq:

Maliyyə öhdəliklərinin tənzimlənməsi və borc yükünün azaldılması;

Normativ-hüquqi aktlara uyğun torpaq və əmlak idarəçiliyinin qurulması;

Rəqəmsal sistemlərin tətbiqi ilə bələdiyyə proseslərinin şəffaflığının artırılması məqsədləri həyata keçirilir.

Nəticə və ictimai çağırış

Biz bu hesabatla bir daha qeyd etmək istəyirik ki, bələdiyyə fəaliyyəti yalnız inzibati idarəçilik deyil, ictimai məsuliyyət və sosial əməkdaşlıq platformasıdır. Vətəndaşlarımızdan gözləntilərimiz:

Torpaq sahələrindən qanunvericiliyə uyğun istifadə etmələri;

Ətraf mühitin təmiz saxlanmasında aktiv iştirak etmələri;

Bələdiyyə qərarlarında iştirak etmək üçün açıq olmaqlarıdır.

Bu gün qurduğumuz idarəçilik modeli gələcəyin dayanıqlı kənd ictimaiyyətini formalaşdırmağa xidmət edir.

Şəffaflıq, hesabatlılıq və sosial məsuliyyət bizim əsas prinsipimizdir.

Orxan Əliyev

Şəmkir rayonu, Dəllər Cəyir Bələdiyyəsinin sədri

İyul 2025

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər