YAP-ın VIII Qurultayın strateji hədəflərinin həyata keçirilməsi Əhmədli bələdiyyəsində müzakirə olunub
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji istiqamətlərin təbliği, qarşıya qoyulan vəzifələrin icrası və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə görüşlər davam etdirilir. Görüşlər çərçivəsində qurultayda səsləndirilən mühüm müddəaların siyasi əhəmiyyəti, ölkənin gələcək inkişaf prioritetləri və partiya üzvlərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılır.
Oktyabrın 26-da Əhmədli qəsəbəsi, “3-cü Qəsəbə küçəsi 1” ( Əhmədli bələdiyyəsi) ünvanında yerləşən ərazi
partiya təşkilatında görüş keçirilib. Tədbirdə YAP Xətai rayon təşkilatının sədri
Ramil Mirzəyev iştirak edib və çıxış edərək VIII Qurultayda müəyyənləşdirilən
strateji hədəflərin əhəmiyyətindən, onların həyata keçirilməsi istiqamətində
görülməli işlərdən bəhs edib.
Görüşdə Azərbaycanın dövlət idarəçiliyi, iqtisadi
inkişaf, sosial siyasət və beynəlxalq münasibətlər sahələrində qazandığı
nailiyyətlər diqqətə çatdırılıb. Ölkəmizin milli maraqlarının qorunması, dövlət
müstəqilliyinin möhkəmləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və beynəlxalq
mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əhəmiyyəti
vurğulanıb. Bildirilib ki, müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün siyasi
sabitliyin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və ictimai fəallığın
artırılması mühüm şərtlərdəndir.
Ramil Mirzəyev çıxışında qeyd edib ki, Prezident İlham
Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi və Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin
dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, partiya
yarandığı gündən Azərbaycanın dövlətçilik maraqlarının müdafiəsinə, milli
birliyin möhkəmləndirilməsinə və ölkənin tərəqqisinə xidmət edən təşəbbüslərin
həyata keçirilməsinə öz töhfəsini verir.
Təşkilat sədri vurğulayıb ki, qurultayda müəyyənləşdirilən
prioritetlərin uğurla reallaşdırılması məqsədyönlü fəaliyyət, yüksək məsuliyyət
və təşkilatlanmış əməkdaşlıq tələb edir. Bu baxımdan, qarşıya qoyulan vəzifələrin
mahiyyətinin partiya üzvlərinə ətraflı çatdırılması, ideoloji işin gücləndirilməsi
və hər bir üzvün ümumi məqsədlərin həyata keçirilməsində fəal iştirakının təmin
olunması vacibdir. Onun sözlərinə görə, ərazi partiya təşkilatları partiyanın
müəyyənləşdirdiyi siyasətin yerli səviyyədə təbliği, üzvlərin fəaliyyətinin əlaqələndirilməsi
və ictimaiyyətlə münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm funksiyaya
malikdir.
Görüş zamanı təşkilati işlərin daha səmərəli
qurulması, partiya üzvləri ilə müntəzəm əlaqələrin saxlanılması və vətəndaşlarla
dialoqun genişləndirilməsi məsələləri də müzakirə olunub. Qeyd edilib ki, əhalinin
müraciət və təkliflərinin diqqətlə öyrənilməsi, insanların qayğılarına həssas
yanaşılması, eləcə də ictimai əhəmiyyətli təşəbbüslərin dəstəklənməsi
partiyanın cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Bununla
yanaşı, maarifləndirmə tədbirlərinin davamlı təşkili, üzvlərin siyasi biliklərinin
artırılması və dövlətçilik prinsiplərinə bağlılığın gücləndirilməsi qarşıda
duran mühüm vəzifələrdəndir.
Müzakirələrdə gənclərin ictimai-siyasi proseslərdə
iştirakının genişləndirilməsi, onların təşəbbüslərinə dəstək verilməsi, milli-mənəvi
dəyərlərin qorunması və partiyadaxili əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə
də toxunulub. Bildirilib ki, gənc nəslin vətənpərvərlik, dövlətçilik ənənələrinə
hörmət və ictimai məsuliyyət ruhunda formalaşması Azərbaycanın davamlı inkişafı
üçün mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə partiya üzvlərinin üzərinə düşən
vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi vacib amil kimi qiymətləndirilib.
Tədbirdə ərazi partiya təşkilatının fəaliyyətində təşəbbüskarlığın
artırılması, üzvlər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və təşkilati
məsələlərin sistemli şəkildə həll edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Vurğulanıb ki, partiyanın ideoloji prinsiplərinin düzgün təbliği, üzvlərin
ictimai fəallığının yüksəldilməsi və vətəndaşlarla səmərəli ünsiyyətin
qurulması yerli təşkilatların fəaliyyətinin əsas istiqamətlərindəndir.
Görüşün gedişində səsləndirilən fikirlər VIII
Qurultayda müəyyənləşdirilən prioritetlərin ərazi partiya təşkilatlarının gündəlik
fəaliyyətində rəhbər tutulmasının vacibliyini bir daha ön plana çıxarıb.
İştirakçılar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində vahid mövqenin,
məsuliyyətli yanaşmanın və birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.
Sonda qurultayın strateji hədəflərinin təbliğinin davam etdirilməsi, ərazi partiya təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi, üzvlərin təşəbbüskarlığının artırılması və ictimai-siyasi fəallığının gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. Qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının və təşkilati fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Rəylər
0 Rəy