Bələdiyyə sədri: "Təcrübə proqramını uğurla başa çatdırmış tələbələrə sertifikat və kiçik hədiyyələr təqdim olunub"
"Tələbələrə təcrübəmizi paylaşmaqla özümüzə kadr hazırlığı həyata keçirdik"- bu fikirləri Sabunçu rayonu, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov bildirib.
Sədrin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tələbələri 01 may 2025 - dən 07 iyun 2025 tarixinə qədər Bakıxanov bələdiyyəsi idarəsində təcrübə proqramı keçmişlər.
Təcrübə proqramı çərçivəsində tələbələr müəssisənin strukturu və fəaliyyəti ilə tanış olmuş, fiziki şəxslərdən əmlak və torpaq vergisinin hesablanma qaydası, vergi öhdəlikləri, vergitutması prinsipləri və funksiyalarının tətbiqi qaydalarına yiyələnmişlər.
Sonda təcrübə proqramını uğurla başa çatdırmış 16 tələbəyə Bakıxanov bələdiyyəsi tərəfindən sertifikat və kiçik hədiyyə təqdim olunmuşdur.
Belediyye.info
Rəylər
1 Rəy
Ruqiyyə Rəsulova
05-08-2025, 9 ay əvvəl
Bu proqramda iştirak etməklə yerli icma problemlərinin həllinə töhfə vermək və sosial xidmət sahəsində biliklərimi real iş mühitində tətbiq etmək niyyətindəyəm. Müraciətimi nəzərə alacağınız üçün təşəkkür edirəm.
Cavabla