Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-07-2025 , 17:25

2107

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Xocasən bələdiyyəsinin xanım  sədrindən bayram təbriki

Hörmətli Vüqar müəllim,

Sizi və Sizin timsalınızda “Bələdiyyə info” kollektivini, Azərbaycan Milli Mətbuatının yaranmasının 150-ci ildönümü münasibəti ilə Xocəsən bələdiyyəsinin üzvləri və qulluqçuları adından təbrik edir, hər birinizə can sağlığı və işlərinizdə uğurlar arzulayıram.

Respublikamızın bələdiyyə institutlarının fəaliyyətinin dolğun, obyektiv və operativ işıqlandırılmasında, ictimaiyyətin mütəmadi məlumatlandırılmasında, problemlərin qaldırılaraq, onların həll olunması üçün aidiyyatı üzrə müraciətlərin yönləndirilməsində yorulmadan fəaliyyət göstərirsiniz.

Bələdiyyələrdə görülmüş işlərin işıqlandırılması ilə yanaşı, mövcud çatışmazlıqlar, yol verilmiş nöqsanlar da göstərilməklə, onların həll olunması istiqamətində də fəal rol oynayırsınız.

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, metodoloji yardımların göstərilməsində zəhmətiniz danılmazdır.

Hörmətli Vüqar müəllim,

Respublika bələdiyyələrinin həyata keçirdiyi layihələrin işıqlandırılmasında, onlar haqqında məlumatların ictiamaiyyətə operativ, dolğun şəkildə çatdırılmasında Sizin müstəsna rolunuz var. Sizi bir daha Peşə bayramınız münasibəti ilə təbrik edir, can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Xocəsən bələdiyyəsinin sədri, Nigar Məmmədova

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər