Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-07-2025 , 00:46

2770

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu bələdiyyədə Milli Mətbuat Günü ilə bağlı görüş keçirilib

Bu gün 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə Səbail bələdiyyəsində görüş keçirilib.

Tədbirdə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, sədr müavini Səmədağa Aslanov, bələdiyyənin icra aparatının media sahəsinə  məsul əməkdaşları və Belediyye.info resursunun təsisçisi Vüqar Tofiqli iştirak edib.

Tədbiri giriş sözü ilə açan Səbail bələdiyyəsinin sədri Hacı Əliyev milli mətbuatımızın yaranmasının 150 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək, ölkə mətbuatının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Çıxşında  sədr media sahəsində on ildən artıq bir müddətdə bələdiyyələrə xidmət edən Belediyye.info resursunun danılmaz rolu olduğunu da qeyd etməyi unutmayıb. 

Sədr bildirib ki, dördüncü hakimiyyət hesab olunan media təmsilçiləri  milli şüurun formalaşmasında, xalqın maarifləndirilməsində mühüm rol oynamaqdadırlar və  sözün gücü ilə cəmiyyətə təsir göstərməkdədirlər.

Tədbirdə həmçinin vurğulanıb ki, ümummilli lider Heydər Əliyev demokratik cəmiyyətin qurulmasında mətbuatın roluna xüsusi əhəmiyyət vermiş, senzuranın ləğvi, KİV-lərin azad və müstəqil fəaliyyət göstərməsi üçün geniş imkanlar yaratmışdır. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu imkanları daha da genişlənməkdədir.

Natiqlər Səmədağa Aslanov, Manaf Talıbov və Vüqar Tofiqli  çıxışlarında qeyd ediblər ki, hazırda ölkədə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən  mühüm addımlar atılır.

Sonda Vüqar Tofiqli Səbail bələdiyyəsinin bu addımını təqdirəlayiq bir addım kimi qiymətləndirmiş, medianın inkişafı yolunda Səbail bələdiyyəsinin atdığı addımları məqbul sayaraq, rayonda bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsində əvəzsiz rolunu  xüsusilə qeyd etmişdir.

Rəsmi hissədən sonra görüş çay süfrəsi arxasında davam edib. Görüşün sonunda xatirə şəkli çəkilib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər