Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-07-2026 , 19:50

94

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tehran Rəhmanov: “Bələdiyyənin bu gün əsas məqsədi büdcə gəlirlərinin həcmini yüz min  manata çatdırmaqdır”


“Bələdiyyə olaraq əldə edilən maliyyə vəsaiti qəsəbə daxilində abadlıq və təmir işlərinin aparılmasına yönəldilir”- bu fikirləri Xəzər rayonu, Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.

Sədr qeyd edib ki, cari ilin birinci yarısında  qəsəbədə kanalizasiya xəttinin çəkilişi üçün üçün-200 manat, qəsəbə parkının təmiriniə 426 manat, 1941-1945-ci illərdə II Dünya müharibəsi dövründə  həlak olanlara həsr olunan abidənin təmirinə 3.056 manat, reklma lövhələrinin təmirinə 289 manat, su nasonunun və otbiçən avadanlığın alınmasına 314 manat ayrılmışdır. 

Sədr daha sonra bildirib ki, cari ilin birinci yarımilində əhalinin həssas qruplarına maddi yardımlar edilmişdir. Belə ki, Novruz bayramı münasibətilə 22 ailə ərzaq payı olmaqla cəmi 1.125 manat,  Qurban paylarının alınması üçün  102 ailə   ərzaq bağlaması olmaqla 2.040 manat, o cümlədən bələdiyyə iclasının qərarı ilə 1.600 manatlıq birdəfəlik maddi yardımlar ayrılmışdır.

Sədr əldə edilən maliyyə rəqəmlərinə də toxunaraq qeyd edib ki, 2026-cı ilin I yarısında torpaq vergisindən 22.275 manat, əmlak vergisindən 35.633 manat cəmi  57.907 manat vəsait əldə edilib.  Bu isə 2024-cü illə müqayisədə iki dəfə artıq deməkdir. Belə ki,  2024-cü ilin birinci yarısında 19.321 manat, 2025-ci ilin birinci yarısında isə 27.824 manat əldə edilib. 

Sədr inamla bildirib ki, bələdiyyənin qarşıya qoyduğu əsas məqsəd büdcə gəlirlərinin həcmini 100 min manata çatdırmaqdır. Əldə edilən büdcə gəlirləri artdıqca bələdiyyə olaraq qəsəbə daxilində sosial problemlərin həlli, abadlıq və təmir işlərinin həcminin artırılması, bələdiyyə qulluqçularının əmək haqqının artırılmasına nail olmaq mümkündür.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1131