BORADİGAH BƏLƏDİYYƏSİNDƏN SAKİNLƏRƏ MÜRACİƏT
Masallı rayonu, Boradigah bələdiyyəsi sakinlərə müraciət edib. Muraciətdə deyilir:
“Hörmətli sakinlər!
Boradigah Bələdiyyəsi tərəfindən vətəndaşların əmlak və
torpaq vergiləri üzrə borcları barədə məlumatlar artıq SMS bildirişləri vasitəsilə
mobil telefon nömrələrinə göndərilir.
Lakin bəzi hallarda SMS bildirişlərinin sakinlərə
çatdırılmasında çətinliklər yaranır. Bunun əsas səbəblərindən biri bəzi vətəndaşların
adına bir neçə mobil nömrənin qeydiyyatda olması və bələdiyyə əməkdaşlarının
aktiv istifadə edilən əlaqə nömrəsini müəyyənləşdirməkdə çətinlik çəkməsidir.
SMS bildirişi almayan sakinlərimizdən xahiş edirik ki,
Boradigah Bələdiyyəsi ilə əlaqə saxlayaraq istifadə etdikləri mobil nömrənin dəqiqləşdirilməsinə
köməklik göstərsinlər.
Əsas məqsədimiz hər bir sakinin vergi öhdəlikləri barədə
vaxtında, düzgün və operativ şəkildə məlumatlandırılmasını təmin etməkdir. Bu
istiqamətdə sakinlərimizin anlayışına, əməkdaşlığına və dəstəyinə güvənirik.
İnanırıq ki, birgə əməkdaşlığımız şəffaflığın artırılmasına,
operativliyin təmin olunmasına və yerli özünüidarəetmə fəaliyyətinin daha səmərəli
təşkilinə töhfə verəcəkdir.
Hörmətlə,
Masallı rayonu Boradigah Bələdiyyəsi”
Rəylər
0 Rəy