Cəlilabad bələdiyyəsinin sədri icra başçısının müavini vəzifəsinə təyin olunub
Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafiq Cəilovun müvafiq əmri ilə Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev icra başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Yeni
təyinatla əlaqədar Vahid Mirzəyev Cəlilabad bələdiyyəsinin sədri vəzifəsindən
istefa verib.
Bələdiyyənin
keçirilən iclasında sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə Cəlilabad
bələdiyyəsinin yeni sədri seçilib.
Qeyd
edək ki, Vahid Mirzəyev 2025-ci ilin fevral ayından Cəlilabad bələdiyyəsinin
sədri vəzifəsini icra edib. Fəaliyyəti dövründə bələdiyyənin regionda nüfuzunun
və mövqeyinin gücləndirilməsi istiqamətində mühüm layihələrin təşəbbüskarı və
icraçısı olub.
Məhz Vahid Mirzəyevin rəhbərliyi dövründə Cəlilabad bələdiyyəsinin fəaliyyəti və əldə etdiyi təcrübə digər bələdiyyələr üçün də nümunə ola biləcək səviyyəyə yüksəlib.
P.S. Təbrik edirik.
Belediyye.info
Rəylər
0 Rəy