Mədəniyyət nazirinin diqqətinə: attestasiya keçirməmişdən əvvəl...
Mətbuatın yaydığı məlumata görə, kitabxana əməkdaşları attestasiyadan keçirilir. Bildiyim qədər növbədə muzey əməkdaşlarıdır. Olsun. Amma cənab nazirdən xahiş edirəm, istər kitabxana, istər muzey əməkdaşlarını attestasiyadan keçirməmişdən əvvəl onlara, yəni kitabxana və muzeylərdə çalışan əməkdaşlara yaradılan şəraitlə tanış olsun.
Cənab nazir bilirmi
ki, bu gün muzeylərin zəngin eksponat fondu şəraitsizlikdən məhv olur. Və yaxud
nazir bilirmi ki, tarix-diyarşünaslıq
muzeylərinin böyük əksəriyyəti uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir.
Əksər binalar isə acınacaqlı durumdadır.
Bəzi dünya əhəmiyyətli
abidələrimiz isə göz gorə-görə dağılır. Bu gün Nazirlər Kabinetinin 2001-ci ildə
təsdiq etdiyi siyahıya salınan tarixi-memarlıq
əhəmiyyəti olan abidələrin müəyyən bir qismi dağılıb, yoxdur konkret. Ya
da dağılmaq ərəfəsindədir. Və sonuncu sual - mədəniyyət və turizm kimi mühüm
bir sahə niyə bir mərkəzdən idarə
olunmur? Niyə biz tariximizi təbliğ etməklə
nə onu yaşada bilirik, nə də maliyyə vəsaiti əldə edə bilirik. . Və yaxud
siyahıya salınmış tarixi memarlıq abidələrinin bərpasına kim nəzarət edir? Və
ya nəzarət edilirmi?
Cənab nazirdən xahiş edirəm ətraf rayonlardakı muzeylərin
birini ziyarət etsin. Amma nazir kimi yox, elə vətəndaş kimi. Yəni hazırlıqsız.
Və bir də rica edirəm ki,
cənab nazirin rayonlarda keçirəcəyi
vətəndaş qəbullarını məhz həmin muzeylərin birində keçirsin. Onda bu sahədəki
mövcud vəziyyətin hansı durumda olduğunu özü görər. Zəngin bir tarixə sahib
olan xalq tarixi mədəniyyətimizin dəyərli nümunələrini gələcək nəslə hansı səviyyədə
çatdıracaq, bax bu maraqlı suala məndə cavab axtarıram.
Deyiləsi və yazılası çox mövzular var. Nə isə...
Vüqar Tofiqli
Rəylər
0 Rəy