Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-05-2026 , 18:13

175

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ağaəli Məsimov: “Güclü yağışın yaratdığı fəsadları aradan qaldırmağa bələdiyyə də öz töhfəsini verməkdədir”

“Hər bir vətəndaş müraciəti bələdiyyənin müvafiq şöbələri tərəfindən qeydiyyata alınır və müzakirə üçün bələdiyyə iclasına çıxarılır”- bu fikirləri Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov deyib.

Son günlər güclü yağışın yaratdığı fəsadları aradan qaldırmaq məqsədilə müvafiq qurumları ilə yanaşı bələdiyyə də öz töhfəsini verməkdədir.  Bir çox hallarda yağışın hesabına keçilməz vəziyyətə düşmüş küçələrə Kürdəxanı bələdiyyəsi də öz imkanları hesabına məhəllədaxili küçələrdə cari təmir işləri aparır. Bu günlərdə bələdiyyə iclasında bununla bağlı yaradılmış işçi qrupunun tövsiyəsi, bələdiyyə iclasının qərarı ilə  qəsəbənin“Ləhiş” bağları deyilən ərazidə keçilməz vəziyyətə düşən 12-ci dalan küçəsinə çınqıl tökülərək yayılmış və küçələrdə hərəkət bərpa edilmişdir.

 Sədr bildirib ki, bələdiyyə olaraq əsas vəzifəmiz vətəndaşlara xidmətdən keçir. Odur ki, bələdiyyə iclasına müzakirəyə çıxarılan hər bir məsələ üzvlərdə tərəfindən diqqətlə araşdırılır və problemin həllinə dəstək verilir. Bu addımla bələdiyyə qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini vermis olur.

Bələdiyyə qəsəbənin küçə və dalanlarında cari təmir işlərini davam etdirəcəkdir. 

Belediyye.info








Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər