Ağaəli Məsimov: “Güclü yağışın yaratdığı fəsadları aradan qaldırmağa bələdiyyə də öz töhfəsini verməkdədir”
“Hər bir vətəndaş müraciəti bələdiyyənin müvafiq şöbələri tərəfindən qeydiyyata alınır və müzakirə üçün bələdiyyə iclasına çıxarılır”- bu fikirləri Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov deyib.
Son günlər güclü yağışın yaratdığı fəsadları aradan
qaldırmaq məqsədilə müvafiq qurumları ilə yanaşı bələdiyyə də öz töhfəsini verməkdədir. Bir çox hallarda yağışın hesabına keçilməz vəziyyətə
düşmüş küçələrə Kürdəxanı bələdiyyəsi də öz imkanları hesabına məhəllədaxili
küçələrdə cari təmir işləri aparır. Bu günlərdə bələdiyyə iclasında bununla
bağlı yaradılmış işçi qrupunun tövsiyəsi, bələdiyyə iclasının qərarı ilə qəsəbənin“Ləhiş” bağları deyilən ərazidə keçilməz
vəziyyətə düşən 12-ci dalan küçəsinə çınqıl tökülərək yayılmış və küçələrdə hərəkət
bərpa edilmişdir.
Sədr bildirib ki, bələdiyyə
olaraq əsas vəzifəmiz vətəndaşlara xidmətdən keçir. Odur ki, bələdiyyə iclasına
müzakirəyə çıxarılan hər bir məsələ üzvlərdə tərəfindən diqqətlə araşdırılır və
problemin həllinə dəstək verilir. Bu addımla bələdiyyə qəsəbədə vətəndaş məmnunluğunun
təmin edilməsinə öz töhfəsini vermis olur.
Bələdiyyə qəsəbənin küçə və dalanlarında cari təmir işlərini davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy