Vüqar Quliyev: “Nizami bələdiyyəsi sənədlərin arxıvləşdirilməsi prosesini həyata keçirməklə həmdə qanunvericiliyin tələblərini yerinə yetirmiş oldu”
“Bələdiyyələr
tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunması ilə bağlı hüquq
pozuntularının qarşısının alınmasına dair qanunvericiliyin tələblərinə uyğun
olaraq paytaxtın Nizami bələdiyyəsi tərəfindən ciddi addımların atılmasına qərar
verilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Vüqar
Quliyev deyib.
Bələdiyyə
iclasının qərarı və Milli Arxiv İdarəsinin müvafiq qurumları ilə əldə olunan
razılaşmaya əsasən bələdiyyədə mövcud olan sənədlərin arxişləşdirilərək Arxiv
idarəsinə təqdim edilməsina start verilib. Arxiv idarəsinin əməkdaşları artıq
Nizami bələdiyyəsində prosesin icrasının qanunvericliyin tələblərinə uyğun
olaraq aparır. Yaxın günlərdə prosesin başa çatacağı gözlənilir. Bələdiyyə
qulluqçularının dəstəyi ilə həyata keçirilən bu proses bələdiyyənin gələcək fəaliyyətinə
öz töhfəsini vermiş olacaqdır.
Sədr
qeyd edib ki, ölkəmizdə idarəetmənin təşkilində
sənədlərlə işin düzgün qurulması, bu sahədə müasir texnologiyalardan istifadə
edilməsi ölkə başçısının daim diqqət mərkəzində saxladığı vacib məsələlərdən
biri olmuşdur və həmin işi tənzimləyən qanunvericilik aktlarına müntəzəm olaraq
əlavə və dəyişikliklər edilməklə bu normativ hüquqi baza müasir tələblərə
uyğunlaşdırılmışdır.
Digər
sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sahəsində də kargüzarlıq işinin təşkili,
onun qanunvericiliyə uyğun həyata keçirilməsi olduqca böyük önəm daşıyır.
Kargüzarlığın düzgün qurulması idarəetmədə vacib amillərdən biridir.
Məhz
bu məqamları nəzərə alan Nizami bələdiyyəsi sənədlərin arxıvləşdirilməsi
prosesini həyata keçirməklə həm də mövcud ola biləcək hər hansı neqativ halın
qarşısını indidən almış olacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy